Ay data Daşnaksütyun ofisinin rəhbəri Kiro Manoyan Ermənistanın Naxçıvanın statusu haqqında (!) düşünməsinin vaxtı çatdığını deyib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bu barədə o, bu günlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda keçirilən birgə təlimlərindən danışarkən bildirib. Kiro Manoyan deyib ki, bu təlimlərin keçirilməsi İran və Ermənistana mesajdır və Ermənistanın Naxçıvan istiqamətindən hədəfdə olduğunu nümayiş etdirmək məqsədi daşıyır. “Ermənistanın Naxçıvanın Azərbaycana zor gücünə birləşdirilməsi və onun beynəlxaq sratusu barədə məsələni qaldırmasının zamanı çatıb”- deyə daşnak rəhbəri bildirib.
Bu yerdə dahi Taleyranın “Bir problem həll edə bilmirsənsə, başqa bir problem yaradıb onun həlli ilə məşğul ol” məşhur fikri yada düşür və əlavə şərhə ehtiyac qalmır...