Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə yeni təyinatlar olub.
Baki-xeber.com prezident.az saytına istinadən xəbər verir ki, bir müddət öncə Katibliyin rəisi təyin olunmuş Altay Həsənova yeni müavinlər təyin edilib. Bunlar Mehdi Dadaşov və Fariz Rzayevdir.
Beləliklə, hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Katibliyinin strukturu aşağıdakı kimidir:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyi rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyi rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev.