ATƏT quruma üzv olan dövlətlərin ərazisindəki münaqişələrin həlli üzrə danışıqlara diqqətini artırmalıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, ATƏT təkcə eskalasiyaların qarşısının alınması ilə məşğul olmamalıdır.
Bəyanatda deyilir: “Əsas məqsədinə və mövcud münaqişələin həlli üzrə dəqiq mandatına uyğun olaraq, ATƏT və onun strukturları təkcə münaqişə vəziyyətlərinin qarşısının alınmasına diqqət ayırmamalı, həm də mövcud formatdan və vasitələrdən istifadə edərək problemlərin qısa zamanda nizamlanmasına gətirib çıxara biləcək həll yollarının axtarışına diqqət yönəltməlidir”.
“Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT üzv ölkələri arasında etimadsızlığın ən böyük mənbəyidir” – deyə bəyanatda bildirlir.
Azərbaycan tərəfi bölgədəki münaqişələrin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb: “Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarındakı etimadsızlıq hökm sürəcək”.