Ermənistan 8 min muzdlu əfqan əsgərini Qarabağda yerləşdirib. Baki-xeber.com xəbər verir ki, bunu “Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi”nin (ASİMDER) sədri Göksel Gülbey “Vestnik Kavkaza” açıqlamasında deyib.
G.Gülbeyin sözlərinə görə, Ermənistan 8 min muzdlu afqan əsgərini 5 illiyinə Qarabağ torpaqlarında yerləşdirib.
Əfqan əsgərlərin böyük hissəsinin Ermənistanda yoxsul vəziyyətdə yaşayan əfqanlardan ibarət olduğunu deyən ASİMDER sədri daha sonra bildirir: "Şərtlərə görə, pullu əsgərlər, ayda 3 min dollar qazanacaq, erməni vətəndaşlığı və Avropaya viza ala biləcəklər".
Gülbey qeyd edir ki, Azərbaycanla yaşanan qarşıdurmalarda çox sayda erməni əsgərinin ölməsindən narahat olan İrəvan rəhbərliyi işğal olunmuş ərazilərə muzdlu əsgərlər toplamağa başlayıb: “Bu addım erməni iqtisadiyyatı və bölgədəki sabitlik üzərində mənfi təsir yaradacaq.
Baki-xeber.com