şənbə günü, 24 oktyabr 2026
     

Azərbaycanın 28 May - Respublika Günü və Ordu Günü Vaşinqtonda geniş tədbirlə qeyd edildi

Image


Vaşinqton şəhərinin ən tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ziyafətdə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri, Konqresinin üzvləri və peşəkar heyət, bir sıra ABŞ ştatlarının nümayəndələri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı əməkdaşları, 40-dan çox səfirin daxil olduğu diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri qatılıb.

Bununla yanaşı, ziyafətdə ABŞ Müdafiə Departamentinin və Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, o cümlədən generallar və Vaşinqtonda akreditə olunan hərbi attaşelər iştirak ediblər. Tədbirin əvvəlində ABŞ-ın "Voices of Liberty" musiqi qrupunun ifasında Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Səfir Elin Süleymanov çıxışı zamanı tədbirin eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu diqqətə çatdırıb və vətənə göstərdiyi qəhrəman xidmətlərinə görə Azərbaycan hərbçilərinə dərin minnətdarlığını bildirib. Diplomat ABŞ administrasiyası və digər dövlət qurumlarının tədbirdə müşahidə olunan yüksək səviyyəli təmsilçiliyinin, həmçinin Azərbaycanın çoxsaylı dostlarının iştirakının tədbirin və ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirib. Həmçinin səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək Azərbaycan səfirliyi adından iştirakçılara sülh və əminamanlıq arzu edib.

Diplomat tədbirin əlamətdarlığı barədə danışarkən 99 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının tarixi əhəmiyyətini vurğulayıb. Səfir E. Süleymanov qeyd edib ki, qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyin möhkəmləndirilməsi, xalqların dinc və birgə yaşayışının, eləcə də etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmin edilməsi sahəsində tədbirlər görüb. Bundan sonra diplomat bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün tamam olduğunu xatırlayaraq iki dövlət arasında qurulan möhkəm tərəfdaşlıq əlaqələrinə toxunub. Səfir ötən müddət ərzində ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirib, ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb.   

Diplomat hazırda  dünyanın bir çox bölgələrində dözümsüzlük və zorakılıq meyllərinin artmasının müşahidə olunduğu halda, ölkəmizin etnik müxtəliflik və tolerantlıq təcrübəsi ilə seçildiyini və Azərbaycan prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu təcrübənin daha da möhkəmləndiyini vurğulayıb: “Məhz bu yanaşmanın göstəricisidir ki, hazırda ölkəmiz həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir”. Səfir İslam Həmrəyliyi Oyunlarının məhz proqressiv müsəlman dövlət kimi Azərbaycanda keçirilməsinin və onun Təşkilat Komitəsinə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etməsinin böyük simvolik əhəmiyyət kəsb etdiyini vurğulayıb.   

Sonra ABŞ-ın yüksək vəzifəli, nüfuzlu və dərin təcrübəyə malik diplomatlarından sayılan dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şanon çıxış edib. ABŞ diplomatı ölkəmizi bu əlamətdar gün münasibətilə təbrik edib və Azərbaycan-ABŞ münasibətləri barədə yüksək fikirlər səsləndirib. T. Şanon ABŞ prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxuyub.

ABŞ diplomatı həmçinin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə ölkəmizi təbrik edib və bu müddət ərzində tərəflər arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. T. Şanon Azərbaycanın bir çox sahələrdə ABŞ-ın möhkəm tərəfdaşı olaraq qaldığını vurğulayaraq, ölkəmizin yeni enerji mənbələri təklif etməklə Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunub. ABŞ diplomatı 2006-cı ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsini iki dövlət arasında tərəfdaşlığın həlledici mərhələsi adlandırıb. Həmçinin hazırda reallaşmaqda olan Cənub Qaz Dəhlizi layihəsinin icrasına toxunan T. Şanon Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ABŞ prezidenti Donald Tramp tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış məktuba istinad edərək ABŞ-ın enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirib. T. Şanon həmçinin ABŞ-ın ölkəmizlə ticarət və biznes əlaqələrinin inkişafında maraqlı olduğunu, ölkəmizin 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək göstərən birinci ölkələr sırasında olduğunu, Azərbaycanın İraq və Balkanlarda sülh əməliyyatlarında  iştirak etdiyini və hazırda Əfqanıstanda NATO-nun "Qətiyyətli dəstək missiyası"na öz qüvvələri və logistik imkanları ilə töhfə verdiyini, ABŞ-ın terrorçuluğa qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşlığı xüsusi təqdir etdiyini bildirib. T. Şanon həmçinin enerji və təhlükəsizliklə yanaşı, siyasi dialoq və demokratik prinsiplərin təşviqi sahəsində əməkdaşlığa toxunub.

Sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya Dairəsinin katibi Lauren Vaugan 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanat oxunub. Tədbir zamanı qonaqlara Azərbaycanın milli rəqs nümunələri nümayiş etdirilib və milli mətbəxin nümunələrindən ibarət təamlar təklif edilib. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün həmçinin iftar süfrəsi təşkil edilib. Bundan əlavə ziyafətdə "İpək Yolu" rəqs qrupu tərəfindən Azərbaycan musiqinin sədaları ilə rəqs nümunələri təqdim edilib, həmçinin milli geyimdə "Naxçıvan Yallısı" rəqsi nümayiş etdirilib.

Səfirliyin məlumatında bildirilir ki, ölkəmizin bu tədbirində ABŞ administrasiyasının əvvəlki illərdə müşahidə olunmayan dərəcədə yüksək səviyyədə təmsil olunması və səsləndirilən təqdiredici bəyanatlar Tramp administrasiyasının Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. T. Şanon Tramp administrasiyasında yeni dövlət katibi təyin olunana kimi bu vəzifəni müvəqqəti icra edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ