şənbə günü, 24 oktyabr 2026
     

Pakistan KİV-ləri Azərbaycanı Qərblə Şərq arasında körpü adlandırdı

Image


Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnalları və digər nəşrlərdə Azərbaycana aid xüsusi materiallar dərc olunub.

Trend-in məlumatına görə, Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyi ilə və 28 May - Respublika Günü münasibətilə Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnallarında, bu mətbuat orqanlarının elektron səhifələrində dərc olunan məqalələrdə Azərbaycan dövlətçiliyinin tarixi-siyasi təşəkkülü, erməni təcavüzü, ölkənin iqtisadi və turizm potensialı, eyni zamanda Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi ilə bağlı barədə materiallar öz əksini tapıb.

Azərbaycan Respublikasının tarixi-siyasi təşəkkülü

Məqalədə dünyanın ən qədim və zəngin mədəniyyətlərindən birinə malik olan Azərbaycanın tarixi dövlətçilik ənənələrinin formalaşması prosesi ətraflı izah edilib, İslam dininin qəbulundan sonra Azərbaycan-Türk etnoslarının Qafqaz və Yaxın Şərqin böyük dövlətləri olan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin əsasını qoyduğu, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edildiyi vurğulanıb.

Yazıda qeyd olunub ki, Azərbaycan xalqının istiqlal əzminin təcəssümü olaraq, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk parlamentli respublika - Azərbaycan Demokratik Respublikası bərqərar edilmiş, ilk teatr və opera Azərbaycanda təsis edilmiş, müsəlman dünyasında ilk dəfə olaraq, qadınlara seçki hüququ verilmişdir. 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini qazanması ilə vətənpərvərlik, milli və mənəvi dəyərlər təməlində müasir dövlət quruculuğu Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə tamamilə yeni mərhələyə qədəm qoyub. Heyər Əliyevin Azərbaycanda həyata keçirdiyi siyasi islahatlar nəticəsində ölkədə sabitlik təmin edilmiş və iqtisadi, sosial, insan hüquqları və demokratiya sahələrində tərəqqi əldə edilib. Məqalədə Azərbaycanın balanslı xarici siyasət xətti yeritdiyi, Qərblə Şərq arasında mədəni körpü rolunu oynadığı nəzərə çatdırılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Ermənistanın Azərbaycana təcavüzünün tarixi barədə məlumat verilərək, hər zaman Azərbaycan-Türk dövlətlərinin tərkibində əmin-amanlıq içərisində yaşayan ermənilərin, Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına - İrəvan, Naxçıvan və Qarabağa köçürüldüyü, bundan sonra ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı etnik və mədəni soyqırım siyasətinə start verdiyi, 1988-ci ildən başlayaraq Azərbaycan torpaqlarını - Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyi ifadə olunmuşdur. BMT, ATƏT, İƏT, Avropa Parlamentinin Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməsini tələb edən qətnamələrinə bu işğalçı dövlətin məhəl qoymadığı da öz əksini tapıb.

Azərbaycanın iqtisadi və turizm potensialı

Məqalədə 11 iqlim qurşağından 9-nun keçdiyi, qərblə şərq və şimalla cənub arasında nəqliyyat və enerji qovşağı olan, ixtisaslı işçi qüvvəsinə, zəngin xammal ehtiyatına malik Azərbaycanın son 10 ildə əldə etdiyi iqtisadi nailiyyətlərə dair göstəricilərə yer verilmiş, investisiya cəlbinin təşviqi sahəsində görülən işlərdən, vergi güzəştlərindən, hüquq bazasının təkmilləşdirilməsindən bəhs edilib.

Məqalədə həmçinin, Azərbaycanın malik olduğu tarixi, dini və istirahət məkanları, həmçinin turistlərin Pakistandan Azərbaycana getməsinin əlverişli yolları, onlayn “ASAN Viza” sistemi barədə məlumat verilib.

İslam həmrəyliyinin güclənməsi zamanın çağırışıdır

Məqalədə Azərbaycanda İslam dəyərlərinin, həmçinin İslam mədəniyyət nümunələrinin mühafizəsi, eyni zamanda İslam həmrəylinin təmini istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycan prezidentinin “OİC Journal” jurnalına istinadla, ətraflı izah edilib. Bildirilib ki, Bibiheybət, Təzəpir, İçəriçəhər, Cumə, Müqəddəs Məhəmməd, Əjdərbəy, Şamaxı Cumə, Gəncə İmamzadə məscidləri, Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahı kimi İslam abidələrinin qorunmuş, müstəqilliyini qazandıqdan sonra ölkədə minlərlə məscid tikilib. Azərbaycan ilk səfirliklərini müsəlman ölkələrində açmış, bu gün də İslam dünyasını birləşdirən İƏT və İSESCO təşkilatlarının işində fəal iştirak etməkdədir. İslam ölkələri Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsində həlledici rol oynayıb. Pakistan Ermənistanı dövlət kimi tanımamış, Türkiyə isə onunla diplomatik əlaqələr qurmaqdan imtina etmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib. 2017-ci ilin mayında Bakıda 54 İslam ölkəsinin atletlərinin iştirakı ilə 4-cü İslam Həmrəyliyi oyunları keçirilib. Məqalədə qeyd olunub ki, İƏT və Avropa Şurasının üzvü kimi Azərbaycan Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqun təsisinə öz töhfəsini vermək əzmindədir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ