Bu gün bir neçə silahlı şəxs İran İslam Respublikasının Ali dini lideri İmam Xomeyninin Tehrandakı məqbərəsinə silahlı basqın törədib.
Baki-xeber.com-un İran.ru saytına istinadən xəbərinə görə, atışma və törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Xəbərə görə, silahlılar 4 nəfər olub. Onlardan 3 nəfəri məqbərəni ziyarətə gələnlərə atəş açıb, 4-cüsü isə məqbərənin qarşısındakı polis bölməsinin önündə özünü partladıb.
Hüquq-mühafizə orqanları və Məqbərənin güvənlik xidməti hadisə yerində daha bir intiharçı kəmərinin zərərsizləşdirildiyini xəbər verib. Eyni zamanda bildirilir ki, məqbərənin qarşısındakı piyada keçidində də partlayış səsi eşidilib. Hüquq-mühafizə orqanları toqquşma zamanı hücum edənlərin birinin öldürüldüyünü, ikincisinin sianid turşusu kapsulu udaraq intihar etdiyini, daha birinin isə ələ keçirildiyini açıqlayıb.
Bununla eyni vaxtda oxşar hadisə İran parlamentində yaşanıb.
İŞİD terrorçu təşkilatı baş verənlərin məsuliyyətini öz üzərinə götürüb.