Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) 33-cü Baş Assambleyası keçirilib.
GİN-in mətbuat katibliyindən "Bakı-Xəbər”-ə verilən məlumata görə, 36 Avropa ölkəsinin təmsil olunduğu Assambleyada Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını Beynəlxalq əlaqələr departamentinin direktoru Faiq Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsi, "Azərbaycan Tələbə Kartı" daşıyıcısı Fərhad Səyidov iştirak ediblər. Budəfəki Assambleya EYCA idarə heyətinin son dönəmi olub və keçirilən konfransda yeni prezident və idarə heyəti seçilib. EYCA-nın 30 illik fəaliyyəti dövründə, ilk dəfə olaraq təşkilatın idarə heyətinə azərbaycanlı gənc seçilib.
ATGTİ-nin nümayəndəsi Faiq Məmmədov keçirilən səsvermə nəticəsində öz rəqiblərini geridə qoyub və EYCA-nın ali idarəetmə orqanı olan idarə heyətinin üzv seçilib.
GÜNEL