Erməni milli-strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sarkisyan Beynəlxalq Böhran Qrupunun yaydığı son hesabatında Dağlıq Qarabağ münaqişəsilə bağlı yer alan fikirləri şantaj adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, lragir.am saytına eksklüziv müsahibəsində erməni politoloq deyib ki, sözügedən hesabatda mümkün müharibə ilə bağlı deyilənlər beynəlxalq təşkilatın Azərbaycanın lehinə qorxu yaratmaq və təzyiq cəhdindən başqa bir şey deyil. O deyib ki, bu həm də həsədr ölkələrin müəyyən aktivlik fonunun yaradılmasına xidmət edə bilər, amma heç bir halda qəti addımların atılacağı demək deyil.
Xatırladaq ki, Beynlxalq Böhran Qrupu bu günlərdə açıqladığı hesabatında Qarabağ münaqişəsinin, hərb yolu ilə də olsa, artıq çözülməsinin vacibliyini gündəmə gətirib. Lakin görünən o ki, erməni tərəfi müharibə variantına ehtimal vermək istəmir. Səbəb isə bəllidir – uduzacağını anlayır...