Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il iyunun 24-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
DİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etmək üçün qəbula yazıla bilər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.