Boliviyada üsyan edən şaxtaçıların oğurladığı daxili işlər nazirinin müavini Rudolfo İlyanesin öldürüldüyü ortaya çıxıb.
Baki-xeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə nazir Karlos Romero xəbər verib. O deyib ki, şaxtaçılar həbs olunan üsyançıların azad olunması qarşılığında nazir müavinini burxmağı təklif edirdilər. İlyanes isə məhz üsyançıları sakitləşdirmək və danışıqlar masasına oturmağa inandırmaq üçün onlarla görüşə gedibmiş. Daha sonra o, radio ilə çıxış edərək bildirib ki, “ona zərər yetirilməməsi üçün” yanına cangüdən təhkim olunub.
Qeyd edək ki, Boliviyada şaxtaçıların üsyanı iki həftə əvvəl başlayıb. Polis bir neçə dəfə şosse yolları bağlayan aksiyaçılara qarşı güc tətbiq etməyə məcbur olub. Ötən gün Şaxtaçı Kooperativlərin Milli Federasiyası qarşıdurma zamanı iki nəfər üsyançının həlak olduğu barədə xəbər yayıb, hökumət dairələri isə ölənin bir nəfər olduğunu bildirir. Şaxtaçılar kooperativlər haqqında yeni qanuna etiraz olaraq aksiyalara başlayıb.