Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin gözlənilmədən ordunun döyüş hazırlığının yoxlanması barədə əmr verib.
Baki-xeber.com “Vestnik Kavkaza” saytına istinadən bu barədə xəbər verir. Xəbərə görə, əsasən Silahlı Qüvvələrin Cənub, Qərb və Mərkəzi dairələri, həmçinin Şimal Donanmasının döyüş hazırlığı yoxlanacaq. Qəfil döyüş hazırlığı çərçivəsində, əsasən, Ordu dünyada artan təhlükələrə qarşı RF-nin maraqlarının qorunması yönündə tam hazırlıq mərhələsi keçəcək. Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib ki, Cənub Hərbi Dairəsində artıq “Qafqaz-2016” strateji təlimlərinə hazırlıqlara başlanıb və komanda-qərargah məşqləri gedir. Təlimlər 25 – 31 avqust tarixlərində keçiriləcək.
Qeyd edək ki, hərbi ekspertlər Türkiyənin Suriyada genişmiqyaslı hərbi təlimlər apardığı bir vaxtda Rusiya Ordusunda canlanmanı birmənalı qarşılamır və bu kontekstdə Rusiyanın Yaxın Şərqə dönüşünü istisna etmir.