Məşhur “WikiLeaks” saytının yaradıcıs Julian Assanj ABŞ prezidentliyinə seçkilər ərəfəsində Demokratlar partiyasından namizəd Hillari klintonun seçki kampaniyası ilə bağlı maraqlı materiallar dərc edəcəyini bildirib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə o, “Fox News” telekanalına eksklüziv müsahibəsində bildirib, lakin bu materialların konkret hansı səpkidə olacağına isə aydınlıq gətirmək istəməyib.
Assanj yalnız onu deyib ki, bəzi materiallar baş verənləri çox maraqlı rakursdan nəzərdən keçirməyə imkan verir.
Xatırladaq ki, “WikiLeaks” iyul ayında artıq bəzi sənədləri ictimaiyyətə təqdim edib. Həmin sənədlərdə Milli komitənin Hillari Klintona onunla eyni partiyadan olan Berni Sandersin ziyanına dəstək verdiyi açıqlanırdı.