Bakıda "Formula-1” yarışlarında iştirak edən "Uilyams” komandasının pilotu, braziliyalı Felipe Massa Bakı trasını "fövqəladə dərəcədə çətin” adlandıraraq bildirib ki, burada hər bir avtomobil yarışmaçısının arzulaya biləcəyi hər şey var.
Baki-xeber.com bu barədə RİA”Novosti”yə istinadən xəbər verir. Xəbərdə o da bildirilir ki, bu yarışma Bakıda ilk dəfədir keçirilir. Massa jurnalistlərə açıqlamasında deyib ki, Bakı trasında çətin, hətta sərt döngələrin olması istənilən yarışmaçının arzu edəcəyi şeylərdir. "İlk dəfə burada olmağıma çox sevinirəm, tras fövqəladədir”- Massa deyib.