Ermənistan prezidenti Serj Sarkisyan baş prokuror müavini Raç Badalyanın tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.
Baki-xeber.com-a bu barədə "Vestnik Kavkaza” saytından bəlli olub. Ölkə başçısının mətbuat xidmətinə istinad edilən xəbərdə bildirilir ki, 58 yaşlı Badalyan bu vəzifədə 10 oktyabr 2013-cü ildən çalışırdı.
Qeyd edək ki, bu, "aprel müharibəsi”ndən sonra Ermənistanda sözügedən kontekstdə baş verən ilk hadisə deyil. Belə ki, ötən müddət ərzində bir çox yüksək rütbəli erməni məmur vəzifəsilə vidalaşmalı olub.