Bu gün səhər saatlarından Nalçik şəhərində xüsusi rejim tətbiq olunub.
Baki-xeber.com- vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Kabardin-Balkar güc strukturlarındakı mənbə bildirib. Xəbərə görə, hazırda güc orqanları bandit dəstəsinin sığındığı evi mühasirəyə alıb və atışma gedir.
Xəbərdə o da bildirilir ki, antiterror əməliyyatı çərçivəsində bir sıra zəruri addımlar atılır: passport yoxlaması aparılır, üzərində lazımi sənədi olmayanlar polis bölməsinə aparılır, əməliyyat ərazisində olan avtomobillər qoşqu ilə ərazidən uzaqlaşdırılır, hətta mobil əlaqənin blokadası düşünülür.