Rusiya prezidenti Vladimir Putin bildirib ki, Aİ ölkələrinə qarşı antisanksiya tədbirlərinə son verməyə hazırdır, lakin bu halda Aİ-nin ona "atmayacağına” əmin deyil.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "İnterfaks” agentliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, Putin Fransanın eks-prezidenti Nikolya Sarkozinin antisanksiyaların ləğvilə konstruktivlik nümayiş etdirmək təklifinə müsbət yanaşdığını, lakin bu addıma gedərsə aldanmış duruma düşməyəcəyinə əmin olmadığını bildirib. RF prezidenti deyib ki, "biz addım atarkən buna qarşılıq veriləcəyinə arxayın olmalıyıq”.