Bakıda "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb.
Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətindədir. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə bilir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Qran-prinin birinci günündə "Formula 1" və GP2 seriyası üzrə sərbəst yürüşlər keçirildi. Bu gün "Formula 1" üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran Prisi yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.
"Trend”