Ermənistan mətbuatında prezidentlərin Sankt-Peterburq görüşü öncəsi bu ölkənin xarici işlər nazirinin görəvdən alınacağına dair xəbərlər yayılır.
Baki-xeber.com yerli saytlara istinadən xəbər verir ki, hətta onun yerinə kimin gələcəyi də artıq bəllidir: bu, prezident administrasiyasının rəhbəri Viqen Sarkisyandır. Mətbuatın yazdığına görə, bu günə qədər Nalbandyanın təşəbbüskar olmaması və "həddindən artıq akademikliyi” narazılıq yaradırdısa, "dördgünlük müharibə”dən sonra onun "Rusiya agenti” olduğu ortaya çıxıb.
Xəbərdə o da deyilir ki, böyük ehtimalla, Nalbandyan tezliklə hansısa ölkəyə səfir göndəriləcək, lakin bu, Rusiya olmayacaq.