Bazar günü günü, 01 noyabr 2026
     

Yarım milyard insanı Bakıya yönəldən unikal yarış başladı

Image


Xarici turistlər yarışdan əvvəl Bakının özünə məftun olduqlarını gizlətmədilər

Dünən Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-Pri yarışlarına start verilib. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaq. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin, "Paddok klub", komandaların boksları və pit-leyn qurulub. Ümumən, dünya üzrə azı 500 milyon insan bu yarışmanı izləyəcək.
Yarışı izləmək üçün bir çox ölkələrdən Bakıya turistlər də gəlib. Onlardan bəziləri Azərbaycan haqqında, yarışın təşkilatçılığı ilə bağlı təəssüratlarını bölüşüblər."Bakı şəhəri çox gözəl, sakit və təmiz şəhərdir və burada "Formula 1" yarışmasının keçirilməsi şəhərə tam uyğundur". Bunu "Trend"ə Bakıda "Formula 1" yarışmasını izləməyə gəlmiş britaniyalı turist Enson Berri deyib.
O, ümid etdiyini bildirib ki, Bakı dünyaya möhtəşəm bir şou nümayiş etdirəcək: "Əlbəttə, bu, Azərbaycanın dünyada tanınması üçün çox gözəl bir imkandır. Bakıya gəlməkdən çox şadıq".

"İlk baxışdan Bakıya vuruldum"

Britaniyadan gəlmiş Kets Events isə deyib ki, Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib. O bildirib ki, Bakı çox gözəl şəhərdir: "Hələ şəhəri gəzmək üçün kifayət qədər vaxtımız olmayıb, ancaq ilk baxışdan Bakını çox bəyəndik. Yarışmadan sonra, təbii ki, Bakını gəzmək, Azərbaycanın milli mətbəxinin dadına baxmaq istəyirik".
Britaniyalı qonaq hesab edir ki, "Formula 1" yarışması Azərbaycan üçün çox əhəmiyyətlidir: "Bu cür yarışlar ölkələri çox tanıdır, çünki dünyada milyonlarla insan bu yarışmanı izləyir. Bakıda keçirilən yarış iştirakçılarının hər birinə uğurlar arzulayıram".

"Bakıya gələnlər bir də gələcək"

İngiltərəli turist Adrian Andrey deyib ki, "Formula 1" yarışması Bakıya gələn turistlərin sayını və ümumilikdə Azərbaycana marağı xeyli artırır. O bildirib ki, Bakı çox gözəl şəhərdir: "Formula 1" Azərbaycanı daha da tanıdacaq. İnanıram ki, bu yarışmanı izləmək üçün Bakıya gələn insanlar yenidən Bakıya turist kimi gələcək və başqa insanların da Azərbaycana gəlməsini təşviq edəcək".
A.Andrey Bakıda möhtəşəm şou izləyəcəyinə inandığını bildirib: "İnanırıq ki, Bakı şousu "Formula 1" tarixində xüsusilə yadda qalacaq".

"Bakıya daha çox turist cəlb olunacaq"

"Bakı gözəl şəhərdir və hesab edirəm ki, "Formula 1" yarışmasının Bakıda keçirilməsi şəhərə daha çox turist cəlb edəcək". Bunu isə "Formula 1" yarışmasını izləyən şotlandiyalı Devid Kembl deyib.
Qonaq qeyd edib ki, bu cür beynəlxalq yarışlar ölkələri dünyada daha yaxşı tanıdır: "Bu baxımdan "Formula 1" yarışının Bakıda keçirilməsi Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq".
D.Kembl, həmçinin, Bakının təhlükəsiz şəhər olduğunu bildirib.

"Formula 1" Bakının gözəlliyini dünyaya nümayiş etdirəcək"

"Formula 1" yarışması Bakının gözəlliyini dünyaya, o cümlədən Avropaya nümayiş etdirəcək". Bu sözlər isə belçikalı qonaq Enn Veyzerə məxsusdur. O bildirib ki, Bakı bu yarışmanı yüksək səviyyədə təşkil edib: "Bakıya gəlməyimə görə çox şadam. Gözəl şəhəriniz var, həm də milli mətbəx nümunələriniz dadlıdır. Yarış iştirakçılarına da uğurlar arzulayıram".
"Bakı həm də
təhlükəsiz şəhərdir"
Moskvalı turist Nikolay Putilin deyir ki, Bakı qədim və müasir memarlığı özündə çox gözəl birləşdirir. O bildirib ki, Bakı gözəl və təhlükəsiz şəhərdir.
Turist qeyd edib ki, ailəsinin burada hər şey çox xoşuna gəlir.

Bakı kiyevli turisti hayıl-mayıl etdi...

"Formula 1" yarışlarını izləməyə gəlmiş İrina Kostyuçek deyib ki, Bakı çox gözəl şəhərdir. Onun sözlərinə görə, şəhər onlarda çox xoş təəssürat yaradıb.
Turist qeyd edib ki, Azərbaycan mətbəxi çox gözəldir: "Bura yenə gəlməyi düşünürük".

Bakıda "Formula 1"in test yürüşündə pilotlar yolu səhv saldılar

Bakıda "Formula 1" Avropa Qran Prisinin birinci test yürüşündə "Haas" komandasının pilotu Esteban Qutyerres və "Red Bull Racing"in pilotu Daniil Kvayt yolu səhv salıblar.
"Trend"in məlumatına görə, trekin 16-cı döngəsində sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət ediblər və yolun bağlı olduğunu görüblər.
Pilotlar dərhal bolidlərini doğru istiqamətə sürərək mübarizəyə davam ediblər.
Qeyd edək ki, dünən Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.

"Formula 1"i izləmək üçün bilet alanlar arasında Rusiya vətəndaşları daha çoxdur

Azərbaycan Alpaqut Federasiyasının prezidenti "Formula 1" kimi yarışların Azərbaycanda təşkil olunmasını ölkənin uğuru sayır
Bakıda keçirilən "Formula 1" Avropa Qran-pri yarışlarını izləmək üçün 37 ölkədən bilet alınıb. Bunu "Trend"ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, "Formula 1" yarışlarını izləmək üçün xarici ölkələr arasında daha çox bilet alan ölkə Rusiyadır. Ən çox bilet alın ikinci ölkə isə Böyük Britaniyadır.
Avropa ölkələri, Ukrayna, Niderland, ərəb ölkələrinin vətəndaşları da ən çox bilet alan ölkələr sırasındadır: "Bundan başqa, "Formula 1"in bütün komandaları, 22 pilot, 400-ə yaxın media nümayəndəsi artıq buradadır. Bunun gün artıq ilk test yürüşünə başlayırıq".
"Bu gündən Azərbaycan növbəti beynəlxalq və əhəmiyyətli yarışmaya ev sahibliyi edir. "Formula 1" yarışmasının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var". Bu fikirləri isə dünən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov deyib.
O əlavə edib ki, yarışmanın Azərbaycanda təşkil olunması, ilk növbədə, Azərbaycanın nüfuzunu göstərir və dövlətimizə olan etimadla bağlıdır: "İdman həm də bir siyasətdir. Belə beynəlxalq səviyyəli populyar idman yarışları harada keçirilirsə, dünyanın diqqəti də ora yönəlir. Bu baxımdan da Formula 1-in Bakıda keçirilməsi dünyanın diqqətinin burada olacağı anlamına gəlir. Belə olan halda, həm də xarici media Azərbaycanla bağlı xəbərlərə üstünlük verir ki, bu da ölkənin təbliğatı üçün böyük strateji əhəmiyyət daşıyır. Eyni zamanda yarışın yüksək səviyyədə təşkil olunması Azərbaycanın imicini daha da möhkəmləndirir".
A.Acalov bildirib ki, ölkənin tanınması həm də iqtisadi sahədə irəliləyişlər üçün dividendlər qazandırır: "Yarışmanı televiziyada izləyən əcnəbilər Azərbaycanı daha yaxından görmək istəyir ki, bu da yaxın perspektivdə ölkəyə turistlərin cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin yarışmaya gələn və hazırda Azərbaycanda olan turistlərin özləri də Azərbaycan iqtisadiyyatına töhfə verirlər. Bu cür yarışmaların burada təşkil olunması Azərbaycanın uğurudur".

"Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək"

"Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək, çünki bu yarışma turistləri ölkəyə cəlb edir". Bu isə niderlandlı turist Tovrets Elen deyib.
O bildirib ki, bu yarışmanın ardıcıl olaraq beş il Azərbaycanda keçirilməsi ölkənin turizm sənayesinin inkişafına xeyli təkan verəcək.
T.Elen vurğulayıb ki, Azərbaycan yarışmanı yüksək səviyyədə təşkil edib.
Niderlandlı qonaq Bakını çox bəyəndiyini deyib. O bildirib ki, Azərbaycanın çox gözəl və dadlı mətbəx nümunələri var.
O, həmçinin Bakı sakinlərinin mehriban və qonaqpərvər olduğunu deyib.

"Formula 1" ölkəyə çoxlu sayda turist cəlb edir"

Gürcüstanlı qonaq David Apriaşvili isə deyib ki, "Formula 1" yarışması çox böyük bir idman bayramıdır və ölkəyə çoxlu sayda turist cəlb edir.
O bildirib ki, bu yarışma yalnız turizm baxımından önəmli deyil: "Formula 1" həm də ölkənin beynəlxalq aləmdə nüfuzunu artırır. Çox istərdim ki, bu yarışma Gürcüstanda da keçirilsin".
D.Apriaşvili bir neçə il öncə də Bakıda olduğunu deyib: "Mən Bakıya sonuncu dəfə gəldiyim müddətdən indiyə qədər şəhər çox dəyişib, gözəlləşib. Azərbaycanla Gürcüstan mehriban qonşu və dost ölkədir və bu cür möhtəşəm yarışmanın Azərbaycanda keçirilməsi bizi çox sevindirir".
"Bakıda "Formula 1"in keçirilməsi gənc nəslin inkişafına xidmət edir"

Rusiyalı turist Kseniya Şulokova deyib ki, Bakıda Formula 1-in keçirilməsi gənc nəslin inkişafına xidmət edir.
Onun sözlərinə, nüfuzlu beynəlxalq tədbir olan "Formula 1" Azərbaycanın statusunu artırır.
Turist qeyd edib ki, "Formula 1" kimi yüksək tədbirlərin keçirilməsi şəhər infrastrukturunun inkişafına, daha çox turistin cəlb olunmasına xidmət edir.
O, həmçinin, Bakının gözəlliyini vurğulayıb.

Amerikalı azarkeş Bakı trasını "Formula 1"in digər şəhər trasları ilə müqayisə etdi

Amerikalı azarkeş Ted Leffler Bakı trasının Formula 1-in digər şəhər trasları ilə müqayisədə daha yaxşı olduğunu deyib.
Onun sözlərinə görə, Bakıda trekin böyük hissəsi genişdir və sürətin çox yüksək olacağı zonalar var.
Azarkeş Bakının memarlığına heyran qaldığını deyib: "Ötən gecə Bakıya gəlsəm də, şəhəri gəzə bilmişəm. Xüsusilə memarlığa və qədim qala divarlarına vuruldum".

"Bakı gözəl şəhərdir və əla təəssürat bəxş edir"

Ukraynalı turist Anna Alekseyeva isə deyib ki, Bakı gözəl şəhərdir və əla təəssürat bəxş edir. Onun sözlərinə görə, "Formula 1" yarışları Azərbaycana daha çox turist cəlb edəcək.
Turist qeyd edib ki, Bakıda gəzinti xeyli gözəl təəssüratlar bəxş edir və hər il bura gəlmək istəyirsən: "İnsanlar ünsiyyətcildir, hər şey çox xoşumuza gəlir".
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ