Dağıstanda keçirilən xüsusi əməliyyat nəticəsində 10 silahlı məhv edilib.
Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, güc strukturlarının əməkdaşları Dağıstanın cənubunda daha 4 nəfər silahlının meyitini aşkarlayıb. Onların kimliyi dəqiqləşdirilir.
Xatırladaq ki, bundan öncə aralarında "Cənub” təxribatçı-terrorçu qrupunun rəhbəri Həsən Abdullayevin də olduğu 6 nəfərin məhv edildiyi xəbər verilmişdi.
Eyni zamanda güc strukturlarının sıralarında da itkilər yaşanıb. Xəbərə görə, xüsusi əməliyyat zamanı bir FTB əməkdaşı və üç polis məmuru həlak olub, bir neçə nəfər isə xəsarət alıb.