ABŞ Dövlət Departamentinin işçiləri prezident Obamanı Əsədi devirməyə çağıran sənəd imzalayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə "The Wall Street Journal” informasiya yayıb.
Xəbərdə deyilir ki, Departamentin onlarla işçisi ABŞ-ın Suriya siyasətinə etiraz edib və bu məzmunda daxili sənəd hazırlanıb. Sənəddə deyilir ki, Dəməşq hökumətinə hərbi hücum və rejimin dəyişməsi İŞİD üzərində qələbə çalmanın yeganə yoludur. Nəşr onu da bildirir ki, sənədi ABŞ-ın daxili siyasət idarəsinin 51 əməkdaşı imzalayıb ki, onlar arasında önəmli post tutan yüksək çinli məmurlar da var.
Rusiya XİN başçısı Sergey Lavrov isə bu günlərdə ABŞ-ı Suriya məsələsində təmkin göstərməyə çağırıb.