Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi...
Tarix: 17.06.2016 / 02:28
Bölmə: Gündəm
Zaman 1 aprel 2016... Məkan Azərbaycan... Günlərdən Qarabağ günü... Gecənin sükutunu pozan ermənidi, cavab verən Azərbaycan Ordusudu... Qaçan ermənidi, qovan Azərbaycan Ordusudu. O Ordu ki, əsir torpaqlarımızı düşmən tapdağından qurtarmaq üçün bir himə bənddir - bir əmrə müntəzirdir ki, erməninin illər ərzində aldığı torpaqları sayılı günlər keçmədən qaytarsın, dünyanın ən gözəl bayrağı - Azərbaycan bayrağı yenidən doğma torpaqlarımızda dalğalansın... Amma...
Tale elə gətirdi ki, bu dəfə Qarabağ dərdini yaşamaq bir deyil, bir neçə nəslin qismətinə düşdü. Aradan keçən 25 illik nigarançılıq dövrü isə Qarabağ adlı yaranın qaysaq tutmasına imkan vermədi. Elə Azərbaycanın bu bənzərsiz gözəlliklər diyarı uğrunda şəhid düşən qəhrəman övladların narahat ruhları da hələ sızlayır Qarabağ adı gələndə...
Bütün bu illər ərzində özünün ayrılmaz bir parçası olan Qarabağ üzərindən oynanan çox oyunlara şahidlik etdi Azərbaycan. Rusiyanın hegemonluq ambisiyaları, Ermənistanın işğalçılıq niyyətləri, ABŞ-ın regionda apardığı nüfuz savaşına meydan oldu gözəlim məmləkətim. Ən müxtəlif humanist adlar altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar isə bu "Qordi düyünü"nə seyrçi qalmaqla kifayətləndilər. Heç onların Qarabağın Azərbaycan torpağı olmasına dair qəbul etdiyi sənədlər də populizmdən o tərəfə keçmək gücündə olmadı. Lakin Azərbaycan dövləti heç bir oyuna gəlməyərək başını dik tutdu, müstəqilliyin ilk kövrək addımlarını atsa da dirəndi, dünyaya göstərdi ki, yürüdüyü yol Haqq yoludur! Bu yolda ölmək də var, öldürmək də, yalnız öz torpağından vaz keçmək yoxdur! Olmayacaq! Bu 25 illik zaman kəsiyində Azərbaycan, deyil ayaqda qalmağı, özünün regionun aparıcı ölkə olmasını da təmin etdi: dünyaya açıldı, inkişaf etdi və yeri gələndə sözünü dedi - onu eşitməyən, bəlkə də eşitmək istəməyən dünyanın kar qulaqlarına çatacaq qədər ucadan dedi. Bu gün alman Bundestaqı özünün ləkəli keçmişini pərdələmək üçün Xocalı qətliamının üzərindən sükutla keçib qondarma erməni "genosid"ini tanımaqla Ermənistana mənəvi dayaq dura bilər, "dost" münasibətində olduğumuz İran əl altdan blokada şəraitində qalan işğalçı ölkəyə maddi yardım əlini uzada, onunla öz ərazisi arasında körpü inşa edə bilər, lakin bunların heç biri tarixin təkərini geri fırlatmaq, yaxud Azərbaycanın ərazisini ondan qoparmaq gücündə deyil. Ortada isə qarşı tərəf üçün qətiyyən xoş olmayan bir həqiqət var: Azərbaycan 25 il öncəki ölkə deyil! Elə əslində dövlət büdcəsi Azərbaycan Ordusunun büdcəsi qədər olan Ermənistanın "aprel müharibəsi"ni başlatması da bu gerçəyin etirafı idi...
Məsələ burasındadır ki, ötən müddət ərzində hər zaman arxasında duran güclərə güvənən Ermənistan son illərdə Azərbaycanın artan nüfuzunun fərqindədir və getdikcə perspektivə ümidini daha çox itirir. Torpaqlarımızı uzun illərdir işğal altında saxlasa da, bu torpaqlarda qurduğu qondarma "respublika"nı, deyil dünya dövlətləri, heç öz parlamentinin tanımaması isə bu ölkə rəhbərliyinin elə öz daxilində nüfuzunu heçə endirib. Məhz daxildə artan bu gərginliyi ört-basdır etmək məqsədilə bu il aprelin 2-nə keçən gecə Azərbaycan üzərinə hücuma keçən Ermənistan bununla əslində özünü daha çətin duruma salmış oldu. Mahiyyətinə uyğun olaraq, atəşkəsi pozub, sonra bu təşəbbüsün Azərbaycan tərəfindən gəldiyini israrla ictimai şüura yeritməyi hədəfləyən işğalçı ölkə bununla həm gündəm mövzusunu dəyişməklə ölkə içində artan narazılığı səngitmək, həm də Azərbaycanı aqressor kimi təqdim edib, onun beynəlxalq arenada qazandığı nüfuza kölgə salmaqla bir daşla iki quş vurmağı düşünürdü. Əvəzində isə özünü daha gülünc duruma saldı. "Dördgünlük müharibə"nin sonucları Ermənistan üçün o qədər gözlənilməz oldu ki, hətta hər zaman sərgilədikləri özünü sındırmamaq kimi təşəxxüslü davranışı da bir kənara buraxaraq, açıq mətnlə Rusiyanı arxalarında durmamaqda ittiham etməyə başladılar. Prezident Serj Sarkisyan bəyan etdi ki, Rusiya Azərbaycana raket satır, Ermənistana isə raketdən müdafiə sistemləri vermir, halbuki, bu sistemləri elə Ermənistan ərazisindəki hərbi bazasında saxlayır. Bu ölkənin müdafiə naziri isə Azərbaycanın erməni tərəfinə rus silahları ilə cavab verməsini Rusiyanın Ermənistana arxadan vurulan zərbəsi adlandırdı. Bütün bunlar bu ölkə daxilində emosiyaları daha da coşdurdu. İş o yerə gəlib çatdı ki, əsgər anaları küçələrə çıxıb Qarabağa görə övladlarını ölümə göndərməyəcəklərini bəyan elədilər. Bu əsnada baş verən ən maraqlı olay isə Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyanın elə parlamentin tribunasından Qarabağ torpaqlarının ermənilərə aid olmadığını açıq mətnlə səsləndirməsi oldu. "Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir"- deyən erməni vitse-spikerin bu sözləri isə ölkədə əsl bomba effekti yaratdı. Bu əsnada Ermənistan onun da fərqinə vardı ki, Rusiya arxasından çəkilir. Bu günə qədər dünyanın gözünə kül üfürərək söylədikləri yalanların artıq aparıcı dünya ölkələrində effekt vermədiyini görən erməni fəalları isə bu dəfə Azərbaycanın haqlı Qarabağ tələbinə etiraz yürüşləri keçirmək üçün daha "ekzotik", məsələn, Uqanda kimi Qarabağ barədə qəti təsəvvürü olmayan ölkələrə üz tutdular...
Gözləmədiyi halda aldığı tərs şapalaqdan özünü itirmiş rəsmi İrəvan özünə gələr-gəlməz əlindən çıxan torpaqların fərqinə vardı. "Saqqal dalınca gedib, bığı da qoyub gələn" Serj Sarkisyan vəziyyətdən çıxmaq üçün öncə həmin ərazinin əhəmiyyətsiz olduğunu əslində daha çox daxili auditoriyaya təlqin etməyə çalışdı. Lakin dərhal da təpki ilə üzləşdi: istefada olan yüksək rütbəli hərbçilərindən biri bu fikrə qəti etiraz edərək, Azərbaycan Ordusunun bir həmlədə aldığı Lələ təpənin çox önəmli strateji ərazi olduğunu açıqladı. Bunun ardınca özünü sındırmayan erməni prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazinin cəmi 800 hektar olduğunu deyib, əslində həmin torpaqların geri alınmasının onlar üçün problem olmadığını, lakin baş verə biləcək insan itkisinə dəyməyəcəyi səbəbindən buna getmədiklərini ictimai fikrə yeritməyə cəhd etdi. Buna isə Azərbaycan Prezidentinin cavabı özünü çox gözlətmədi və İlham Əliyev həmin ərazilərin 800 deyil, 2000 hektar olduğunu bildirdi. Ali Baş Komandan onu da bildirdi ki, torpaqlarımızda ikinci ermənistan dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəyik: "Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycanla sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular". Yaranmış situasiyada bu sözlər erməni tərəfinə çox önəmli bir mesaj idi...
"Dördgünlük müharibə"nin dayandırılmasından keçən müddət ərzində Ermənistan müharibənin başlanması və atəşkəs təşəbbüsünün özünə aid olduğunu hər vəchlə gizlətməyə, aqressiyanın Azərbaycan tərəfindən baş verdiyi fikrini ciddi-cəhdlə ictimai fikrə sırımağa çalışır və təəssüf ki, bəzi hallarda buna nail olur. Lakin faktdır ki, artıq beynəlxalq aləm hər şeyi öz adı ilə çağırmağa meylli görünür. Ən əsası isə, bu "dördgünlük müharibə" bir məsələni dəqiqliyilə ortaya qoydu: Azərbaycan bundan sonra status-kvonun qalmasına razı olmayacaq. Ermənistan həm də onu anladı ki, Azərbaycan hərbi çözüm yoluna əl atarsa, qarşısında dura bilməyəcəklər. Atəşkəsin dərhal ardından Rusiya XİN başçısı Sergey Lavrovun öncə Bakıya, daha sonra İrəvana təcili səfər etməsi və erməni tərəfinin bu səfərin nəticələri barədə israrla susqunluq nümayiş etdirməsi də düşünməyə əsas verirdi ki, nəhayət, şərait Azərbaycanın xeyrinə dəyişməkdədir. Üstəlik, həmin günlərdə Ermənistan ordusunun bərbad vəziyyətdə olması da tam çılpaqlığı ilə özünü göstərdi. Belə ki, həmin günlərdə sosial şəbəkələrdə yayılan video-süjetlər erməni ordusunun canlı qüvvə sarıdan korluq çəkdiyini ortaya qoydu. Bəlli oldu ki, düşmən ölkə hətta taksi sürücüsü, çoban kimi təsadüfi adamları təhriklə orduya cəlb edərək cəbhəyə göndərib və bu faktlar Rusiya telekanalının çəkdiyi süjetdə elə ermənilərin öz dilindən səsləndirildi...
Azərbaycan isə...
O gecə Azərbaycan böyük bir coşqu yaşayırdı. Telefonlar, sosial şəbəkələr müjdə xəbərlərilə dolub-daşırdı! Bəlkə də ölkəmizin tarixində belə bir hadisə görünməmişdi: insanlarımız müharibənin başlamasına sevinirdi! Yox ki, millətimiz savaş, qan-qada istəyirdi, o sadəcə çoxdan, lap çoxdan gözlədiyi qələbəyə təşnə idi! "Lələ-təpəni aldıq!", "Madagiz...", "Vur, komandir, vur!" sözləri sosial medianı sözün həqiqi mənasında çalxalayırdı. Bu tarixdə yaşananların ən sevindirici tərəfi isə o oldu ki, bu "dördgünlük müharibə" bəlkə də hər birimizin ürəyindən keçirdiyi gizli bir nisgili silib atdı. Yəni buna qədər içimizdə bir narahatlıq var idi ki, aradan çox sular axıb və Qarabağı tanımayan bir nəsil yetişib. Bugünkü gəncliyimizi təşkil edən həmin nəslin isə Qarabağ uğrunda əzmlə döyüşə atılacağına, istəməsək də, bir qədər skeptik yanaşırdıq. Lakin "dördgünlük müharibə" göstərdi ki, bu hisslərimizdə yanılmışıq və nə yaxşı ki, yanılmışıq. Milli Ordumuzun dörd gündə dörd ilə dəyəcək qələbəsi sildi o nigarançılığı qəlbimizdən. Ordumuzun uğurlarından vəcdə gəlib könüllü olaraq döyüşə getmək üçün Müdafiə Nazirliyinə müraciət edən yüzlərlə ciyərli oğlanlarımız yox etdi bu vəsvəsəni daxilimizdən. Baş verənlər göstərdi ki, nə qədər zamanın keçməsinin heç bir əhəmiyyəti yoxdur və dəyişməyən bir gerçəklik olduğu kimi qalır - Azərbaycan torpaq itkisilə heç vaxt barışmayacaq. Bəli, itkilərimiz də oldu, Azərbaycan Prezidentinin Milli Qəhrəman adı verdiyi Murad Mirzəyev, Samit İmanov, Şükür Həmidov kimi onlarla oğul itirdik, lakin əvəzində xalqın oyanışını qazandıq, milli özünüdərkin, azərbaycançılığın təntənəsini gördük - ürəyi parçalansa da, "Vətən sağ olsun" deyən şəhid valideynlərinin böyüklüyündə gördük bu təntənəni...
O nigaran, savaşlı günlərdə ölkədə yaşanan ruh yüksəkliyi görülməyə dəyərdi. Cəbhədən ölüm xəbərləri gəlirdi, lakin insanlarımızda həyat eşqi qaynayırdı. Bu, görünməmiş, bu vaxta qədər hiss etmədiyimiz bir duyğu idi. İnsanlarda ruh yüksəkliyi o həddə çatmışdı ki, yaşından, sosial vəziyyətindən, cinsindən asılı olmayaraq hər kəs cəbhəyə can atırdı. Onsuz da gözəl Bakımız isə evlərin eyvanlarında, avtomobillərdə dalğalanan bayraqlarla bir başqa füsunkarlıq qazanmışdı həmin günlərdə. Hər kəs özünü düşmən üzərinə ildırım kimi yeriyən qalib ordunun əsgəri timsalında görürdü. Sanki səfərbərlik elan olunmadan millət özü-özünü səfərbər etmişdi. Hətta yaşlılar da bu sıradan geri qalmamaq üçün Ordumuza ərzaq, pal-paltar göndərməklə dəstək olmaq istəyirdilər. Bu əsla Azərbaycan dövlətinin Ordumuza göstərdiyi qayğıdan nigarançılığın göstəricisi deyildi, bu hər bir Vətən övladının bu müqəddəs savaşa fərd olaraq töhfə vermək istəyi idi. Axı hamı irəlidə görünən qələbənin bir zərrəciyi olmaq arzusunda idi, amma... Olmadı... Azərbaycan dövləti bu dəfə də özünün prioriteti elan etdiyi humanizm prinsiplərini əsas tutaraq, qarşı tərəfin atəşkəs istəyinə müsbət cavab verdi.
Hazırda Vyana görüşünün ardından bu ayın sonlarında prezidentlərin Qarabağ çözümü üzrə növbəti görüşü planlaşdırılır. Azərbaycan bu danışıqlardan çox şey gözləyir. Həmsədr ölkələrin "Madrid prinsipləri"ni yenidən gündəmə gətirməsi, başda ABŞ olmaqla aparıcı dünya dövlətlərinin işğal altındakı torpaqların Azərbaycana qaytarılmalı olduğunu artıq açıq mətnlə bəyan etməsi isə düşünməyə əsas verir ki, zaman həqiqətən Azərbaycanın xeyrinə işləyir.
"Yanlış da bir naxışdır" deyib müdriklərimiz. Erməni tərəfinin Azərbaycanın üzərinə yeriməsi də belə bir "yanlış" olmaqla bu uzunmüddətli problemin həllində yeni bir mərhələ açdı. Bu mərhələnin sonunda isə işıq görünür - gur bir işıq...
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ