Bazar günü günü, 01 noyabr 2026
     

"Aprel müharibəsi"nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava"

Image


Mütəxəssislər deyir ki, aprel döyüşləri cəmiyyətin özünə inamını artırdı

"Aprel döyüşləri bir şəhid övladı kimi məndə ruh yüksəkliyi yaratdı. Döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqları eşidəndə əmin oldum ki, gec-tez atamın qanı yerdə qalmayacaq. Ən böyük arzum Qarabağ döyüşlərində iştirak etmək, mənim və şəhid övladlarının atasız qaldığı günlərin intiqamını ermənilərdən almaqdır. Allah qismət eləsə, cəbhəyə gedən ilk adamlardan olacağam. Qardaşımla mənim boynumuzda yük var: atamızın qanı yerdədir".
Bu sözləri bizimlə söhbətində Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan İsgəndər Qocayevin kiçik oğlu Azər bildirdi. Azər deyir ki, nə qədər ki, aramızda Murad Mirzəyev, Samit İmanov, İsgəndər Qocayev və digərləri, öz əsgərlərindən qabaq döyüşə atılan komandirlərimiz var, qalib olmamaq mümkün deyil.
Etiraf edək ki, "aprel müharibəsi"nin Azərbaycan cəmiyyətində doğurduğu ab-havanın necə olacağını bilmirdik. Bu döyüş bizə çox şeyi qazandırdı. Ən əsası özümüzə inamımız artdı. Şəhid övladı da, yaşlımız da, gəncimiz də, uşağımız da anladı ki, qalib olmaq, qalibiyyətin suyunu içmək mümkündür. Bunun üçün kifayət qədər silah-sursatımız, ordumuzda ölümün üzünə dik baxan, qəhrəmanlıq salnaməsi yaza biləcək oğlanlarımız, arxa cəbhədə isə övladlarından şücaət gözləyən atalarımız, analarımız, nənələrimiz, babalarımız var...

Yana-yana qürur duyan valideynlər...

Sosioloq Əhməd Qəşəmoğlu qəzetimizə açıqlamasında bildirdi ki, aprel döyüşləri ilə həm özümüzə, həm düşmənlərimizə, həm də beynəlxalq aləmə nümayiş etdirdik ki, Azərbaycan xalqı öz vətəni, torpağı uğrunda yüksək səviyyədə birləşmək qabiliyyətinə malikdir: "Cəmiyyətimizdə uzun müddət idi ki, ruh yüksəkliyi aşılaya bilmirdik. Azərbaycan Ordusunun cəbhədə qələbələri, torpaqlarımızın az hissəsini geri qaytarmağımız belə bizim özümüzə inamımızı möhkəmləndirdi. Böyükdən-kiçiyə hamıda döyüş əhval-ruhiyyəsi, vətənpərvərlik coşqusu yarandı. Məlum oldu ki, şərait yaransa, daha böyük uğurlar əldə edə bilərik. Hərbi qüdrətimiz də yoxlandı. Biz bu müharibədə istər mənəvi, istər siyasi, istərsə də strateji baxımdan nə qədər qüdrətli olduğumuzu gördük, həm də düşmənlərə göstərdik. Bizdə özünə inam, erməni cəmiyyətində isə həm dövlət səviyyəsində, həm də hərbçilər və əhali arasında çaxnaşma yarandı. Onlar başa düşdülər ki, Rusiyaya və Qərb ölkələrinə arxayın olmaqla iş bitmir".
Ə.Qəşəmoğlu valideynlərin öz övladlarının vətən yolunda qurban getməsinə yana-yana qürur duyduqlarının da diqqətçəkən məqamlardan olduğunu vurğuladı: "Biz həm göstərdik və həm də gördük ki, bizim mübariz, qorxmaz, vətənini canından da çox sevən döyüşçülərimiz var. Məhz qəhrəmanlıq salnamasi yazan döyüşçülərimizin sayəsində özümüzə qayıtdıq, özümüzə inandıq, öz gücümüzə güvəndik, ordumuzda ölümün üstünə mərdi-mərdanə gedən döyüşçülərimizin nə qədər çox olduğunun şahidi olduq".

Psixoloji hazırlıq istənilən nəticə verir

Psixoloq Orxan Oruc bizimlə söhbətində qeyd etdi ki, son döyüşlərdə düşməndən qisas almaq hissi ilə əlində silah tutan hərbçilərimizin ruh yüksəkliyi, bütün xalqın eyni hiss ilə orduya mənəvi dəstəyi, könüllü gənclərin hərbi səfərbərlik tələbi və s. işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ən vacib davranış göstəricisi idi: "Hansısa fəaliyyətə psixoloji hazırlıq həmin fəaliyyətin istənilən nəticə ilə bitməsinə birbaşa təsir edir. Şübhəsiz ki, son 20 il ərzində vətənpərvərlik istiqamətində aparılan işlər öz təcrübi nəticəsini bu ilin aprel döyüşlərində göstərdi. Bu döyüşlərdə istər hərbçilər, istərsə də mülki əhalinin ruh yüksəkliyi nümayiş etdirməsi bizim psixoloji üstünlüyü əldə etdiyimizi göstərdi".
Orxan Oruc deyir ki, cəbhədə baş verən son hadisələr sosioloqlar və psixoloqlar üçün cəmiyyəti müşahidə və analiz etmək baxımından çox geniş imkanlar yaratdı: "Müşahidələrimizin ən önəmlisi cəmiyyətin özünə inamının formalaşmasını və vahid məqsəd ətrafında birləşə bilmə bacarığının olduğunu görmək idi. İnsanların, xüsusilə Qarabağı yalnız şəkil və videolarda görmüş gənclərin vətənpərvərlik hisslərini yüksək səviyyədə nümayiş etdirməsi onu göstərdi ki, vətənpərvərlik duyğularının heç də bu duyğuları daşıyanın geyim, musiqi, həyat tərzi, zövqləri ilə əlaqəsi yox imiş. Son hadisələr, təhsilindən, dünyagörüşündən, yaşından asılı olmayaraq, hamıdan vahid yanaşmanı tələb edirdi və belə də oldu. 20 ildən çoxdur orta məktəblərin bütün dərsliklərində, hər gün televiziya efirlərində işğal olunmuş torpaqların xatırladılmasının, bütün bayramlarımızda Qarabağın azad edilməsinin arzu olunmasının vətəndaşlarımızı vahid məqsəd ətrafında birləşdirə bilməsi ilə bağlı praktik nəticə verməsi çox sevindirici haldır".

Gənclərin Qarabağı təxəyülləri ilə deyil, real şəkildə görmək istəyi...

Psixoloqun fikrincə, uzun illərdir Xocalı soyqırımını il ərzində ən azından bir dəfə xatırlayan, düşmənin soydaşlarımıza yaşatdığı zülmlərə qulaq şahidi olan hər bir vətəndaşımızın qəlbində saxladığı nifrət və qisas hissinin boşaldılması üçün yaranmış real şəraiti də kütləvi vətənpərvərlik nümayişinin səbəblərindən biri kimi düşünə bilərik: "Məğlub olmuş insan hər zaman məğlubiyyət hissindən qurtulmaq üçün ən kiçik fürsəti belə dəyərləndirməyə çalışır. Cəmiyyət də şəxsiyyət kimidir. Erməni idmançını məğlub edib yarışda medal qazanan idmançımızı elə həmin yarışda hollandiyalı rəqibinə qalib gəlib qızıl medal qazanmış digər idmançımızdan daha qəhrəman hesab edən cəmiyyətin düşmən üzərində qələbəyə olan ehtiyac hissi təbiidir. Bu ehtiyac hissinin ödənilməsi üçün yaranmış real vəziyyəti cəmiyyətimiz illərdir gözlədiyi bir şans kimi dəyərləndirdi".
İnsan psixikasında qadağan olunmuş davranışa daha çox marağın olmasından danışan müsahibimiz 20 ildən çoxdur Qarabağa getməkdən məhrum olduğumuzu xatırlatdı: "Bu qadağanı pozmaq istəyi və yeni, gənc nəslin Qarabağı öz təxəyülləri ilə deyil, real şəkildə görmək istəmə həvəsini də ümumi vətənpərvərlik hissinin yaranma səbəblərindən biri kimi qiymətləndirmək olar. Sadaladığım ayrı-ayrı elementlər hər bir soydaşımızı qürurlandıracaq kütləvi vətənpərvərlik nümayişi ilə nəticələnən və bununla da müharibə şəraitində psixoloji qələbənin qazanılmasına müsbət təsir edən faktorlardır. Uzun illərdir Qarabağla bağlı həyata keçirilən daxili təbliğatın müsbət nəticələrini görmək qələbəyə və işğal olunmuş torpaqlarımızın azad olunmasına olan inam hissinə birbaşa təsir edir".

Bizə sevinc bəxş edənlər...

Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov publika.az-a açıqlamasında bildirib ki, aprel hadisələri bir daha göstərdi ki, ötən illər ərzində qazanılan təcrübə, alınan silahlar və texnikalar hədər deyil: "Bu hadisələrə qədər ermənilər hər zaman xəyallarında düşünürdülər ki, ötən əsrin 90-cı illərində olduğu kimi, indi də istədikləri zaman gəlib torpaqları işğal edə bilərlər. Ermənilərin bütün bu düşüncələri aprel əməliyyatları zamanı alt-üst oldu. Ermənistan cəmiyyətində böyük təşviş və çaxnaşma əmələ gəldi. Ancaq biz dönə-dönə deməliyik ki, bütün bu qələbəni və sevinci bizə Murad Mirzəyev, Samit İmanov kimi milli qəhrəmanlar bəxş etdi".

"Xalq olaraq çox nəhəng potensialımız var"

Mövzu ilə bağlı suallarımızı cavablandıran yazıçı Seyran Səxavətin fikrincə, Qarabağda baş verən son olaylar bizim hissiyyatımıza toxundu: "Nəinki gənclərimiz, yeniyetmələrimiz, orta yaşlılarımız, yaşlılarımız da bu məsələdə elə bil ilahi bir mərkəzdən idarə olunurdu. Bizim bir xalq olaraq çox nəhəng potensialımız var. Bu potensialı son olaylar zamanı gördük. Gəncliyimiz necə ayağa durdu... Mən televizorun qarşısından kənara çəkilmirdim. Son olaylar zamanı insanlar necə doğmalaşdılar. Bu doğmalığın nüvəsində necə bir sevinc, necə bir-birinə etibar, necə bir qürur var idi. Elə bil ki, Azərbaycan xalqı özü boyda, öz tarixi boyda, öz qeyrəti boyda nəhəng bir bədənnüma güzgünün qabağında dik qalxıb özünə əməlli-başlı baxdı və qiymət verdi".

Erməni əsgəri ölmək istəmirsə...

Sosioloq Asif Bayramov isə bizimlə söhbətində vurğuladı ki, qələbəmiz insanların son illər öləziməkdə olan vətənpərvərlik duyğusunu, qələbə inamını, əzmini həm özünə qaytardı, həm də möhkəmləndirdi: "Azərbaycan xalqı tarixən dövlət qurmuş və dövlətçilik şüuru, təfəkkürü ilə yaşayan, dövlətçilik mədəniyyəti yaratmış, onu qorumuş və bu günə çatdırmış bir xalqdır. Dünyada 3500-dən artıq xalq yaşayır. Onun 194-nün dövləti var. 194 millət içərisində özünə milli dövlət qura bilmiş bir xalqın milli dövlətçilik şüuru, təfəkkürü, psixologiyası bəllidir ki, yüksək səviyyədədir. Bizim yaşadığımız bölgə şimaldan Rusiya, cənubdan İran, qərbdən Ermənistan tərəfdən ideoloji həmlələrə məruz qalır və bu ideoloji mühasirədə milli dövlətçilik şüurumuzu və vətənpərvərliyimizi qoruyub saxlamaq məcburiyyətindəyik".
Yazını Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirmək istərdik: "Biz öz torpaqlarımızı qoruyuruq və bizim işimiz haqq işidir. Azərbaycan Ordusu düşmənə öz yerini göstərib, müasir və çox keyfiyyətli silahlarla onları - erməniləri yerində oturdub. Biz öz torpağımızda vuruşuruq, Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun".
Günel CƏLİLOVA
Yazı Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ