"İslam dövləti” terrorçu təşkilatı Qərb ölkələrində terroru davam etdirəcək.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, belə bir xəbərdarlıqla ABŞ-ın Federal Təhqiqatlar Bürosu çıxış edib.
FTB direktoru Con Brennanın sözlərinə görə, İŞİD-in Qərb ölkələrində əhəmiyyətli sayda döyüşçü və tərəfdarı var və istənilən zaman bu ölkələrdə terror aktları törətmək üçün onlardan agent kimi istifadə edə bilər.
Brennanın sözlərinə görə, hazırda terrorçu təşkilat öz üzvlərini miqrant və səyyah adı ilə Qərb ölkələrinə göndərməyə çalışır. FTB direktoru əmindir ki, terrorçular özlərinin ərazi itkilərini partizan taktikası seçməklə kompensasiya etməyə səy göstərəcəklər. Bundan əlavə, o, Paris və Brüsseldə olduğu kimi birbaşa hücumların olacağını da istisna etmir.