Bu gün Fransanın Lil şəhərində Rusiya ilə Slovakiya arasında keçiriləcək futbol yarışı öncəsi şəhər rəhbərliyi məhz rus azarkeşlər üzündən spirtli içki satışına qadağa qoyub.
Xatırladaq ki, bu günlərdə Marseldə keçirilən futbol yarışması zamanı azarkeşlər arasında dava düşmüş, xeyli sayda rusiyalı azarkeş fransız polisi tərəfindən saxlanmışdı. RF-nin Marsel şəhərindəki baş konsulu Sergey Molçanov ötən gecə onlardan 11 nəfərinin sərbəst buraxıldığını xəbər verib. Konsulun sözlərinə görə, qalan saxlananlar barəsində bu gün qərar veriləcəyi gözlənir.
Baki-xeber.com