Prezidentlərin Sankt-Peterbrqda keçiriləcək üçtərəfli görüşündə ATƏT iştirak etməyəcək
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS-a açıqlamasında qurumun mətbuatla əlaqələr şöbəsinin rəis əvəzi Nataşa Racakoviç bildirib. Lakin o, görüşün tarixi və əlavə detallar barədə sualları cavablandırmayıb.
Xanım Racakoviçin sözlərinə görə, ATƏT-in görüşdən kənarda qalması təşəbbüsün Rusiyadan gəlməsilə bağlıdır.
RF prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Putin iyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri ilə öncə təkbətək, daha sonra üçtərəfli Qarabağ müzakirələri aparacaq.