Bazar ertəsi günü, 11 may 2026
     

Mətbuat Şurası və Saatlı Rayon İcra Hakimiyyəti «Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru» mövzusunda konfrans keçirdi

Image


Bu gün Saatlıda «Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru» mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov açaraq bildirib ki, Azərbaycanın ictimai-siyasi fikir tarixində bir sıra önəmli şəxsiyyətlər olub. Bu şəxsiyyətlər istər XIX sərin sonlarına doğru vüsət almaqda olan maarifçilik hərəkatında, istərsə də ilk dövlət müstəqilliyinə aparan yolda sanki mayak rolu oynayıblar. Onlar taleyin xalqın üzünə gülmədiyi məqamlarda meydana çıxıblar və ağır yükü çiyinlərinə alıblar. Ümummilli Lider Heydər Əliyev də məhz belə bir məqamda Azərbaycanda rəhbərliyə başlayıb.

S.Cabbarov bildirib ki, Ulu Öndərin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi ilə həyata keçirdiyi tədbirlər Azərbaycanın keçmiş müttəfiq respublikaları arasındakı nüfuzunun artmasına səbəb olmuşdu. Qısa müddətdə bütün istiqamətlərdə dinamik inkişaf əldə edilmiş və götürülmüş temp xalqın milli özünüdərkinə də yol açmışdı. Nəticə etibarilə Ulu Öndərin fəaliyyəti müstəqil Azərbaycan üçün bir növ baza yaratmışdı. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini əldə etməsində də bu bazanın mühüm rolu olmuşdu. Müstəqilliyin qorunub saxlanması isə bilavasitə Heydər Əliyev şəxsiyyətinə xas qətiyyətin, prinsipiallığın və yüksək idarəçilik təcrübəsinin təntənəsi idi. Bu mənada onun 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı böyük tarixi əhəmiyyət daşıyan hadisədir.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Heydər Əliyev şəxsiyyəti bütün dövrlər üçün öyrənilməsi vacib olan məktəbdir. «Bu məktəb dövlət idarəçiliyinin zəngin təcrübə mənbəyidir. Bu təcrübə isə xalqa xidmət amalına söykənir. İnsanları dinləmək, duymaq, zamanında düzgün qərar vermək, ən çətin vəziyyətlərdən çıxmaq məharəti - bütün bunlar son dərəcə vacibdir. Heydər Əliyev əməli fəaliyyəti ilə təkcə bu vacibliyi rəhbər tutmurdu, eyni zamanda öyrədirdi. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ictimai fəaliyyətdə və dövlət idarəçiliyində mühüm mövqeyə malik şəxslər məhz Heydər Əliyev məktəbinin məzunlarıdır», - deyə Ə.Amaşov vurğulayıb.

Ə.Amaşov çıxışında Ulu Öndər Heydər Əliyevin jurnalistikanın missiyasına hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb. O bildirib ki, Ümumilli Liderin həyata keçirdiyi tədbirlər vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində medianın rolunu xüsusi vurğulayıb. Bunun nəticəsi idi ki, Azərbaycanda söz, ifadə və mətbuat azadlığının istər hüquqi əsasları yaradıldı, istərsə də maddi-texniki bazasının qurulması prosesinə start verildi. «Heydər Əliyev 15 iyun 1993-cü ildəki qayıdışı ilə Azərbaycanı iflasdan qurtardı. 6 avqust 1998-ci ildə isə mətbuatı senzura buxovundan xilas etdi. Bu, çox çətin dövrdə verilmiş mühüm qərar idi. Müharibə təhlükəsi sovuşmamışdı, üstəlik dövlətin əsasları da kövrək idi. Lakin Heydər Əliyev bütün riskləri hesabladı və ölkə mediası, ümumilikdə ictimai fikir tarixində son dərəcə mühüm addım atdı. Azərbaycan jurnalistləri bu cəhəti yaxşı dərk etdilər. Təsadüfi deyil ki, «Jurnalistlərin dostu» mükafatı ilə bağlı keçirilən sorğuda Prezident Heydər Əliyev media nümayəndələrinin seçimi oldu», - deyən deputat onu da bildirib ki, Ulu Öndərin bütün istiqamətlərdə olduğu kimi, media sahəsindəki siyasi idarəçilik xətti də davamlı xarakter daşıyır.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət medianın struktur və məzmun baxımından yenidən qurulmasına səbəb oldu. İlk növbədə söz və ifadə azadlığının konstitusyon əsasları formalaşdırıldı. Ana qanunda təsbit olunmuş əsaslar hüquqi nomativ bazanın həm təkmilləşdirilməsi, həm də beynəlxalq standartlara uyğun şəkildə yaradılması üçün çıxış nöqtəsinə çevrildi. Eyni zamanda böyük siyasi iradə nümayiş etdirən Heydər Əliyev media üçün senzurasız mühit formalaşdırdı. Daha sonra mətbuat tam şəkildə dövlətsizləşdirildi - Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Həyata keçirilən tədbirlər jurnalistikaya yeni nəfəs gətirdi. Paralel olaraq həm cəmiyyətin informasiya tələbatının ödənilməsinə, həm də jurnalistikanın bu tələbata adekvat fəaliyyətinin təminatına diqqət yetirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Heydər Əliyevi ölkəsi və xalqı üçün böyük fədakarlıqlar edən, cəfalara qatlaşan tarixi lider kimi xarakterizə edib. Ulu Öndərin miras qoyduğu irsin öyrənilməsinin zəruriliyini vurğulayan V.Səfərli istər rəhbərlik etdiyi qurumun, istərsə də digər təşkilatların bu mövzuda gerçəkləşdirdiyi tədbirlərin 15 iyun Milli Qurtuluş Gününün mahiyyətini təbliğ etmək baxımından əhəmiyyətini əsaslandırıb.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli çıxışını Heydər Əliyev şəxsiyyətinin jurnalistikaya, ümumən media ictimaiyyətinə diqqət və qayğısını isbatlayan fikirlər üzərində qurub. O bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə ictimai fikrin dirçəlişinə təkan verib. Bu istiqamətdəki tədbirləri dəstəkləyərək Azərbaycanı daim ucalarda görmək istəyini reallığa çevirib. "Heydər Əliyevin deyirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu gün əminliklə demək olar ki, Azərbaycan dünyaya günəş kimi doğub. Biz bu yüksəlişə yeni-yeni çalarlar gətirməliyik”, - deyə o vurğulayıb.

***

Konfransda Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş «Muğanımız - tariximiz, sərvətimiz» mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb. Müsabiqə ilə bağlı məlumat verən MŞ sədri Ə.Amaşov bildirib ki, müsabiqəyə yazı qəbulu aprelin 15-dən may ayının 30-dək davam edib. Bu mddətdə 30-dan artıq yazı daxil olub. Materialların müəllifləri ölkənin qəzet, elektron media portalı daxil olmaqla ölkənin 19 kütləvi informasiya vasitəsində çalışan jurnalistlərdir. Materiallar 5 ekseprt tərəfindən qiymətləndirilib: «Öncədən deyim ki, müsabiqədə 10 həvəsləndirici mükafat nəzərdə tutulurdu. Elə oldu ki, ekspertlər sonda iki iştirakçının eyni bal topladığını müəyyənləşdirdilər. Buna görə də 10 deyil, 11 həvəsləndirici mükafat sahibimiz var. Bundan başqa 3 nəfər üçüncü, 2 nəfər ikinci yerə layiq görülüb. Nəhayət müsabiqəmizdə 1 qalib var».

Daha sonra «Muğanımız - tariximiz, sərvətimiz» mövzusundakı müsabiqənin qaliblərinə diplomlar və pul mükafatı təqdim olunub. Qeyd edək ki, müsabiqə üzrə birinci yerin sahibi 1000, ikinci yerin sahibləri 800, üçüncü yerin sahibləri isə 500 manat məbləğində pulla mükafatlandırılıblar. 11 həvəsləndirici mükafat sahibinin hər birinə 100 manat təqdim edilib.

Mükafatçılar aşağıdakılardır:

I yer

Qurban Yaquboğlu, "Teleqraf.com” saytı

II yer

Rauf Nəsirov, "Bakinski raboçi” qəzeti

Mahir Allahyarov, "Dönüş” qəzeti (Saatlı)

III yer

Əhməd Məmmədov, "İki sahil” qəzeti

Samirə Səfərova, "Bakı-Xəbər” qəzeti

Əliqismət Bədəlov, "Xalq qəzeti”

Həvəsləndirici mükafatlar

  1. Aygün Əhmədova, "Kaspi” qəzeti
  2. Ayyət Abdullayev, "Şərq” qəzeti
  3. Aqşin Hümmətov, "Yeni Azərbaycan” qəzeti
  4. Səxavət Həmidli, "Teleqraf.com” saytı
  5. Cavid Şükürov, "525-ci qəzet”
  6. Rövşən Rəsulov, "Səs” qəzeti
  7. Vüqar Əliyev, "Mədəniyyət” qəzeti
  8. Aqşin Kərimov, "Modern.az” saytı
  9. Seymur Əliyev, "Moderator.az” saytı
  10. Mübariz Bayramov, "Mövqe” qəzeti
  11. Hüseyn İsgəndərov, "Unikal” qəzeti



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 22:19
İrandan Britaniya və Fransaya Hörmüz xəbərdarlığı – cavab verəcəyik...

10.05.2026 / 21:28
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

10.05.2026 / 20:45
Hantavirusun ilk qurbanı quşları tədqiq edən alim imiş…

10.05.2026 / 20:20
ABŞ indi də Kuba ilə “məşğul olmaq” niyyətindədir - Tramp belə deyir…

10.05.2026 / 20:04
İspaniya hantavirus aşkarlanan gəmidən təxliyyələrə başladı

10.05.2026 / 19:34
Kreml Ermənistanın Zelenskinin antirusiya çıxışına qəsdən şərait yaratdığını iddia etdi - izahat verməlidirlər...

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ