Bu ilin avqust ayında İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
"Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız”, - deyə o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib.