Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə Rusiya günü ilə əlaqədar təbrik məktubu ünvanlayıb.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, təbrik məktubunda, eyni zamanda, iki ölkə arasında son zamanlar yaşanan gərginliyin çözülləcəyi və öncəki yüksək səviyyəsinə qalxacağından əminlik ifadə olunur.
Xəbərdə o da bildirilir ki, Türkiyə baş naziri Binəli Yıldırım da Rusiyalı həmkarı Dmitri Medvedyevə təbrik məktubu göndərərək xoş arzularını bildirib, hər iki xalqın ümumi maraqları naminə gərginliyin yoluna qoyulmasının vacibliyini qeyd edib.