G-20-nin növbəti Sammiti 7-8 iyul tarixlərində hamburqda keçiriləcək. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə AFR hökumətinin rəsmisi Şteffen Zaybert ötən cümə günü jurnalistlərə açıqlamasında bildirib.
Yüksək səviyyəli tədbirin Hamburg Messe sərgi mərkəzində keçiriləcəyi ehtimal olunur.
Onu da bildirək ki, G20-yə sədrlik 2017-ci ildən Almaniyaya keçir.