Avroittifaq 21 iyunda anti-Rusiya sanksiyalarının uzadılması barədə qərar qəbul edəcək. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə Frans Press agentliyi özünün diplomatik mənbələrinə əsasən xəbər yayıb.
Xəbərə görə, daha sonra qərar 24 iyul tarixində Aİ ölkələri XİN başçılarının görüşündə təsdiqlənəcək.
Qeyd edək ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddəti 31 iyulda bitir.