Türkiyənin Tunceli vilayətinin Ovacıq rayonunda partlayış baş verib.
Baki-xeber.com-un "hürriyet”ə istinadən xəbərinə görə, hadisə yerli məhkəmənin əməkdaşlarının yaşadığı evlərin yaxınlığında minalanmış avtomobilin partladılması ilə törədilib. Nəticədə 9 nəfər yaralanıb ki, onlardan 3-nün vəziyyəti kritik qiymətləndirilir.
Xəbərə görə, kritik vəziyyətdə olanlardan biri polis zabitidir.