Bazar günü günü, 01 noyabr 2026
     

"Aprel müharibəsi"nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava...

Image


"Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, ordumuzun gücünü göstərdi. Xahiş edirəm ki, bütün dünya azərbaycanlıları adından bizim qəhrəman hərbçilərimizi salamlayaq. Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!" - Dünya Azərbaycanlılarının IV Qurultayında ölkə başçısı İlham Əliyevin qurultay iştirakçılarını Azərbaycan Ordusunu alqışlamağa çağırması cəmiyyətdə böyük əks-səda yaradıb.
Sevinirik ki, yalnız Azərbaycanda deyil, respublikamızdan uzaqlarda yaşayan azərbaycanlılar da milli ordumuzun qələbəsini, əsgər və zabitlərimizin şücaətini ayaq üstə alqışladı. Bəli, ordumuz alqışa layiqdir!
Azərbaycan xalqı o xalqlardandır ki, Vətən naminə, ana yurdun müqəddəratı üçün birləşə bilir. Zaman-zaman bunun şahidi olmuşuq. Millətindən, dilindən, dinindən asılı olmayaraq, üçrəngli bayrağımızı, ana torpağımızı and yeri bilən, özünə qiblə hesab edən vətəndaşlarımız Qarabağ yolunda hər zaman birgə mübarizə aparıb. Xalqımızın birliyi, cəmiyyətimizin ordu ilə eyni ruhda, eyni mövqedə olması təqdirəlayiq haldır. Biz bunu "dördgünlük müharibə" zamanı bir daha dərindən müşahidə edə bildik. Aydın göründü ki, xalqın ürəyi ordumuzla, əsgər və zabitlərimizlədir. Bu ilin aprel ayında ordumuzun düşmən üzərində qazandığı misilsiz qələbəni xalqımız böyük həyəcan və coşqu hissi ilə yaşadı. Sirr deyil ki, ordumuzun şücaəti, cəsarəti, yüksək peşəkarlıqla bir neçə strateji yüksəkliyi düşməndən geri qaytarması Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Mübaliğəsiz deyə bilərik ki, cəmiyyətimiz bir daha ordumuza inandı. Əslində cəmiyyətimizin ordumuza inamı heç zaman solmayıb, əksinə, xalqımız hər zaman mübariz, yenilməz ordumuza ümid, inam bəsləyib. Ancaq "aprel müharibəsi" cəmiyyətə uzun illərdən bəri həsrətini çəkdiyi qələbə sevincini yaşatdı. Xalqımız kiçikdən-böyüyə qələbə müjdəsində idi. Çünki hər kəsin bir arzusu var - düşmən tapdağında olan doğma ellərimiz geri alınmalıdır. Ordu, dövlət və xalqın arzusunun birləşdiyi bu müqəddəs niyyətə qovuşmaq hər birimizin ümdə istəyidir. Dörd günlük "aprel müharibəsi" cəmiyyətimizi çalxalayıb durultdu, bu zaman hamının ürəyindəkilər meydana çıxdı. Xalqımızın niyyəti və məqsədi saf və müqəddəsdir. Orduya dəstək olmaq və tezliklə Qarabağ torpağını yağıdan təmizlənmiş görmək ən böyük məqsədimizdir. Bizi bu məqsədə ölkə başçısının müdrik siyasəti, ordumuzun qüdrəti və cəmiyyətimizin birliyi çatdıracaq.
"Dördgünlük müharibə" Azərbaycan tarixində yeni bir səhifə açdı. O səhifəyə qələbə, zəfər, xalq və ordu birliyi kimi müqəddəs kəlamlar həkk olundu. Ordu döyüşdü, cəmiyyət qürur hissi ilə ordumuzu alqışladı. Açığını deyək, bir gözümüz ağladı, bir gözümüz güldü. Qanını vətən torpağına qatan şəhidlərimizin düşmən gülləsinə tuş gəlməsi hər birimizi kədərləndirdi, ağrıtdı...Azərbaycanın çox yerinə üçrəngli Vətən bayrağına bükülən şəhid cənazələri aparıldı. Ağlayan ürəklərdən, gözlərdən bir nida qopdu - Vətən sağ olsun!
Böyük şairimiz Məmməd İlqarın aşağıdakı misraları analara, atalara bir təsəlli ismarıcı oldu:
Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun!
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun!
Vətən oğulları canından keçdi ki, Vətən yaşasın, Vətənin torpağı düşmən nəfəsindən təmizlənsin, arınsın! Onsuz da Vətənə fəda olanlar ölmür, onlar şəhidlik zirvəsinə, ölümsüzlüyə qovuşub əbədi sağ qalır. Xalq heç vədə şəhidini unutmur. El yolunda canını qurban verənlər yaddaşlardan silinmir, bütün nəsillər onları ehtiramla yad edir. Könüllərdə yaşayan Vətən şəhidləri Vətəni ruhları ilə müdafiə edir. "Aprel müharibəsi"ndə Azərbaycan oğulları misilsiz şücaət göstərdi. Düşmənin burnunu ovdu ordumuz, inanırıq ki, hələ düşmən illər sonra da özünə gələ bilməyəcək.
Düşmənin təxribat maşını dayanmadan gecə-gündüz işləyir. Şər-böhtan ixrac edən bu maşın Qafqaza böyük təhlükə yaradıb. Erməni fitnəkarlığı qonşu xalqların hər birinin həyatında hiss olunur. Düşmən mütəmadi olaraq bizi təxribata çəkir. "Dördgünlük müharibə" də ermənilərin atəşkəsi pozması nəticəsində baş verib. Azərbaycan Ordusu düşmən hücumunu dəf edərək Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir neçə yüksəkliyi düşməndən təmizləyib. Bilirik ki, döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən, strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də Azərbaycan hərbi qüvvələrinin nəzarətinə keçib. Məlum olduğu kimi, döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanmasını təmin edir. Rəsmi məlumata görə, hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu şəhid olub, 1 "Mİ-24" helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb.
Azərbaycan Orusunun düşmənə göstərdiyi müqavimət, işğalçılara həddini göstərməsi məqamları cəmiyyətdə gənc nəslin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərdi. Sevindirici haldır ki, uşaqlar belə "əsgərliyə getmək istəyirəm" deyirdi. Azərbaycan cəmiyyəti qısa bir vaxtda ayaq üstə qalxdı və orduya dəstək məqsədilə səfərbər oldu. Gənc qızlar və oğlanlar, ali məktəb tələbələri, keçmiş döyüşçülər, Qarabağ qaziləri Vətən uğrunda döyüşə getməyə hazır olduqlarını bəyan etdilər. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ünvanına yüzlərlə məktub, müraciət göndərildi. Məktub müəlliflərinin məramı bir idi - cəbhəyə getmək, düşmənlə savaşda ön cəbhədə olmaq, torpaqlarımızı işğaldan azad etmək. Cəmiyyətimiz, gənclərimiz birləşdi və cəbhədə əsgərlərimizin yanında olmağa can atdı. O da faktdır ki, müxtəlif bölgələrdən olan gənclər cəbhəyanı kəndlərə gedir, səfərbərlik və hərbi xidmətə çağırış idarələrinə, Müdafiə Nazirliyinə müraciət edirdilər.
Ölkə başçısı İlham Əliyev xalq və ordu birliyinin yenilməz olduğunu qeyd edir və bu vəhdətin xalqımızı qələbəyə, zəfərə aparacağını vurğulayır. Xalq, ordu və dövlət başçısının birliyi həqiqətən də bizi zəfərə yaxınlaşdırır. Dövlət başçımızın cəbhə bölgəsinə getməsi, təmas xəttində düşməndən ziyan görən sakinlərlə görüşməsi, onlara ürək-dirək verməsi, qələbəyə ümidləndirilməsi cəmiyyətdə böyük əks-səda yaratdı. Onu da vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təmas xəttində yerləşən və düşmənin hədəfə aldığı və iriçaplı silahlardan zərbələr endirdiyi kəndlərə, yerlərə tək getməmişdi, həyat yoldaşı, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyeva ilə birgə getmişdi. Ölkə başçımızın bu addımı cəmiyyətdə alqışlarla qarşılandı. Bu, vətənpərvər və qətiyyətli dövlət başçısına xas olan xüsusiyyətdir. Tarixdən bəllidir ki, qüdrətli hökmdarlarımız ordunun qabağında gedib. İlham Əliyevin təmas xəttinə getməsi onu göstərdi ki, o əsl Ali Baş Komandandır və xalqını müdafiə edir. Xalqla, şəhid ailələri ilə ağır gündə bir olan ölkə başçımız bununla cəmiyyətdə xoş ab-hava yaratdı. Düşmən nə qədər təxribata əl atsa da, xalqımızın orduya inamını sarsıda bilmədi.
Məlum olduğu kimi, aprelin 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna ehsan verildi. Mehriban Əliyeva şəhid ailələri ilə görüşdə bildirdi: "...Analara, valideynlərə, qohumlara Allah səbr versin. Yaralanmış, xəsarət almış əsgərlərimizə Allah şəfa versin. Bu gün bizim qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər. Bu günlər bütün xalqımız həm qələbə sevinci, qələbə duyğusu, eyni zamanda, kədər hissi yaşayır. Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir. Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz. Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün biz güclü və birgə olmalıyıq. Əminəm ki, biz bu sınaqdan da birgə şərəflə çıxacağıq. Allah hər zaman Azərbaycanı qorusun!".
Mehriban xanımın şəhid ailələri ilə birgə olması onların analarına, bacılarına, həyat yoldaşlarına, övladlarına böyük ruh verdi. Bu addım cəmiyyət tərəfindən də müsbət qarşılandı.
Cəmiyyət aydın gördü ki, "Dördgünlük müharibə" cəbhə xəttində vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi. Bu da cəmiyyəti ruhlandırdı və sabaha inamını gücləndirdi. Fakt budur ki, bu hadisə Azərbaycan cəmiyyətinin də müharibəyə tam hazır olduğunu göstərdi və düşmənin mənəvi-psixoloji, hərbi cəhətdən zəif olduğunu ortaya qoydu.
Azərbaycan cəmiyyəti, dövləti və ordusu arasındakı bağlılıq, vəhdət bizi sürətlə qələbəyə aparır. Sabahımızı zəfərlərlə aç, Azərbaycan Ordusu!
İradə SARIYEVA
Yazı Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ