Ermənistanın səhiyyə sistemində həbslər baş verib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, cinayət işi üzrə təhqiqat nəticəsində dövlət səhiyyə agentliyinin rəisi Saro Tsaturyan, dövlət səhiyyə agentliyinin İrəvan şəhəri üzrə mərkəzinin rəhbəri Arsen Sedrakyan və elə həmin strukturun tibbi nəzarət xidmətinin keçmiş rəisi Samvel Xarazyan həbs olunub.
Həbs olunanların hər üçü qulluq mövqeyindən sui-istifadə maddəsilə ittiham olunur. Səhiyyə Nazirliyinin 2012-2014-cü illərdə reallaşan saxta yollayışlar üzrə araşdırmaları davam edir.