Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahından oğurluq olub. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, AMİP-in baş katibi və sədr əvəzi Arzuxan Əlizadə polisə ərizə ilə müraciət edərək partiyanın Binəqədi rayonu Ə. Naxçıvani küçəsi 39 ünvanında yerləşən qərargahından müxtəlif sənədlərin və məişət əşyalarının oğurlandığını bildirib.
Araşdırmalar zamanı hadisənin Nicat İsmayılov tərəfindən törədilməsi müəyyən edilib.
A. Əlizadə APA-ya açıqlamasında faktı təsdiqləyib.