Minqrant probleminin həlli üçün Almaniya Türkiyə ilə kompromisə getməyə hazırdır. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, belə bir xəbərlə Britaniyanın "Telegraph” qəzeti çıxış edib.
Britaniya XİN-də 1980-ci ildən çalışan Sebactyan Vuda istinad edilən xəbərdə bildirilir ki, Avropa İttifaqı və Türkiyə Britaniyanın Aİ-dən çıxışı ərəfəsində atmosferi gərginləşdirmək istəmirdi. Türkiyə vətəndaşları üçün vizasız rejimin tətbiqi də bununla izah olunurdu və bu rejim hələ də qalır. Diplomatın fikrincə, ölkəsinin bu qərarı Aİ-yə daxil olan digər ölkələrin hansı qərar verəcəyindən asılı olmamalıdır.
Sebastyan Vud deyir ki, viza rejimi ləğv edilməzsə, Ərdoğan öz hədəsini həyata keçirə və Avropaya miqrant axınının önünü aça bilər. Lakin diplomay açıqlamasında onu da qeyd edir ki, söylədikləri Britaniyanın rəsmi mövqeyi deyil, bu yalnız səfirliklər arasında fikir mübadiləsi üçün ortaya atılmış mövqedir.