Dünən İsmayıllı rayonunda baş vetmiş güclü sel 12 yaşlı qızı aparıb. Bu barədə "Trend”-ə İsmayıllı rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə rayonun İstisu kəndində baş verib. Çayqovuşan kənd sakini, 2004-cü il təvəllüdlü Sadıqova Sabinə Samir qızı İstisu kəndində leysan nəticəsində sel gələn su kanalına yıxılıb və sel onu aparıb. S.Sadıqova kənd sakinləri tərəfindən tapılaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının vəziyyəti normaldır.