"İslam dövləti”nə bağlı Tvitter hesabında polisin Orlandodakı kütləvi qırğında şübhəli bildiyi Ömər Mətin adlı şəxsin fotosu yer alıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” məlumat verib. Xəbərə görə, şəklin altında isə bu sözlər yazılıb:”Floridada bu şəxsin bara hücumu nətiəsində 50 nəfər ölüb, onlarla yaralı var”. Agentliyin xəbərinə görə, polis fotonun həqiqətən deyilən şəxsə aid olduğunu dəqiqləşdirə bilməyib. Bununla belə, terrorçu təşkilata bağlı digər digər akkaDaha öncə konqresmen Peter King CNN telekanalına açıqlamasında əfqan mənşəli amerikan Mətinin xüsusi təlim keçdiyini açıqlayıb.
Hazırda hüquq-mühafizə orqanları onun radikal qruplaşma ilə əlaqələrini araçdırır.
Qeyd edək ki, Pulse barına hücum edilərkən içəridə 320 nəfər olub. Tüfəng və tapança ilə silahlanmış cinayətkar onlardan bir qismini girov götürərk içəridə bağlı saxlayıb. Hadisə yerinə 70 polis naryadı və xüsusi təyinatlılar gəlib. Bir neçə saat sonra cinayətkar zərərsizləşdirilib və girovlar azad edilib. Atışma nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.