Şanxayın Pudun aeroportunda partlayış baş verib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə. bu barədə "Sinxua” agentliyi xəbər yayıb. Agentlik özünün tvitter hesabında partlayışın pirotexniki qurğularda baş verdiyi və bir nəfərin xəsarət aldığını yazıb.
Çin telekanalı SSTV isə partlayış nəticəsində xəsarət alanların olduğu barədə xəbər verib. Hadisənin səbəbi və ölənlərin olub-olmaması haqqında hələlik heç bir informasiya yoxdur.
Qeyd edək ki, partlayış yerli vaxtla səhər 9:42-də T2 terminalında baş verib.