Şənbə günü Fransanın Marsel şəhərində Avropa çempionatı üzrə Rusiya və İngiltərə yığma komandaları arasında keçirilən matç qalmaqalla yadda qalıb.
Baki-xeber.com-un Rusiya KİV-nə istinadən xəbərinə görə, matçın gedişində azarkeşlər arasında düşən davada 35 nəfər xəsarət alıb. Onların əksəriyyəti ilkin tibbi yardım aldıqdan sonra evə buraxılsa da, 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
50 yaşlı İngiltərə azarkeşinin isə ölüm ayağında olduğu xəbər verilir.