Aktobedə keçirilən xüsusi əməliyyat nəticəsində Aktobedə terror törədən dəstənin üzvlüyündə şübhəli bilinən sonuncu şəxs də tutulub.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, Aktyubinsk vilayəti terrorizmlə mübarizə idarəsinə rayonun Jemankulov-Puşkin küçələrinin kəsişməsində terrorçu dəstənin qalan üzvlərinin gizlənməsi barədə informasiya daxil olub. Keçirilən əməliyyat nəticəsində verilən xəbər təsdiqini tapıb. Nəticədə 3 nəfər tutularaq məsuliyyətə cəlb olunub. Beləliklə, 5 iyun tarixində Aktobedə silah mağazasına basqın edən, ardınca eyni vaxtda bir neçə yerdə partlayış törədən dəstə tamamilə zərərsiləşdirilib.