Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Ağcabədi rayonunda vətəndaşları qəbul edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.
Vətəndaşların şikayətlərinə yerində baxılması üçün sözügedən rayonların icra başçılarının birinci müavinləri də qəbula dəvət olunub.
Qəbul zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlər yerindəcə araşdırılıb.