Bu gün Bakı Apelyasiya Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, prosesdə hakim qərarı açıqlayıb.
Məhkəmənin qərarı ilə R.Mirqədirova 5 il sınaq müddəti təyin olunmaqla şərti həbs cəzası verilib. R.Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, ötən prosesdə R.Mirqədirov və onun vəkili F.Ağayev çıxış edərək bəraət istəmişdilər. Lakin dövlət ittihamçısı hakimdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdi.