"Azad Kürdüstan Şahinləri” kürd silahlı birləşməsi 13 mart tarixində Ankarada 35 nəfərin həyatını itirməsinə səbəb olan terror olayının məsuliyyətini öz üzərinə götürüb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə. bu barədə qruplaşmanın saytında xəbər yerləşdirilib.
"Bizim birləşmə faşist varvar rejiminin qüvvələrinə hücum etdi. Təəssüf edirik ki. dinc sakinlər arasında qurbanlar oldu. Siyasətə dəxli olmayan və bu iyrənc müharibədə cavabdehlik daşımayan sadə insanların ölümünə görə üzülür və başsağlığı veririk” – deyə saytın xəbərində bildirilir. O da qeyd olunur ki, "mülki qurbanlarsız mübarizə aparmaq mümkün deyil”.
Qruplaşma üzvləri bəyan edir ki, onların davası 2015-ci ilin iyulundan Türkiyənin cənub-şərqində kürdlərə qarşı xüsusi əməliyyatlar keçirən Türkiyə təhlükəsizlik xidməti ilədir.