Dağıstanda İŞİD-lə əlaqəsi olan və respublikada terror aktı törətməyə hazırlaşan mütəşəkkil cinayətkar dəstə ələ keçib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Milli Antiterror Komitəsinin (MAK) İnformasiya Mərkəzindən məlumat verilib.
Xəbərə görə, MAK-ın Dağıstandakı Əməliyyat Qərargahına Xasavyurt rayonunun Mutsalaul kəndində terror aktları törətməyə hazırlaşan cinayətkar dəstənin olması barədə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində terrorun qarşısı alınıb.
Hadisə yerinə gələn əməliyyat qrupu İŞİD -lə əlaqəsi olduğu təsdiqlənən 3 terrorçunu həbs edib.