Ankaranı qana boyayan terrorçu Səhər Çağla Dəmirin qardaşı mətbuata danışıb. Türkiyənin "Akşam” qəzetinin xəbərinə görə, Tekirdağda yaşayan Burhan Dəmir bacısına və onun kimilərə lənət oxuyub:”Allah onlara fürsət verməsin. Ölkəmi bölməyə çalışanların Allah bəlasını versin” – deyən Burhan Dəmir terrorçu bacısına deyil, onun üzündən həyatını itirən 35 nəfər canının yandığını bildirib.
"Mən vətənim, millətim və yaşadığım bu bayraq altındakı torpaqlarım üçün qanımın son damlasını da axıtmağa hazıram”- deyən Burhan Dəmir terrorda ölənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.
Xatırladaq ki, intiharçının kimlik təsbitindən dərhal sonra onun atası qızının terrorçulara qoşulduğundan xəbərsiz olduğunu bildirmiş, hətta onun qalıqlarını qəbul etməkdən də imtina etmişdi.