Suriyanın Həma əyalətində 9 yaşayış məntəqəsi milli barışıq və atəşkəs rejiminə qoşulmaqla bağlı sənədi imzalayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS agentliyi xəbər yayıb. Xəbərə görə, əyalət üzrə sülh qrupunun rəhbəri, polkovnik-leytenant German Rudenko bu barədə bəyan edib.
"Bu gün tədbirdə əşirət başçıları, birlik rəhbərləri iştirak edirdi və onlar 10 minə yaxın sakini əhatə edən 9 yaşayış məntəqəsinin sülh razılaşmasına qoşulması barədə sənədi imzaladılar” – o deyib. Rudenko bildirib ki, bu razılaşmanı imzalamaqla onlar həm də Suriya hökumətinə sülh danışıqlarında təsir göstərmək, eyni zamanda soydaşlarını silahı yerə qoymağa inandırmaq öhdəliyi götürüblər. Əvəzində isə onlar hökumətdən sosial təminat gözləyirlər, çünki nə hansısa gəlirləri, nə də sığortaları var.