çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Samir Şərifova "casus" ittihamları Hacı İbrahimin baxış bucağında...

Image


"Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Ölkə.az saytına müsahibə verib. Baki-xeber.com həmin müsahibəni təqdim edir:

- "Xəzər adaları” layihəsi ilə bağlı işlər dayandırılıb?

– Xeyr, bu layihə əslində dayanmayıb, bir az yavaşlayıb. Hətta son zamanlar "Xəzər adaları” layihəsinə maraq artıb. Misal üçün deyim ki, ötən həftə təqribən 100-ə yaxın qonağımız olub. Onların arasında Çin, Yaponiya, Küveyt, Rusiya, Ukraynadan gələn nümayəndələr olub. Bundan başqa, Rusiya və Ukraynada yaşayan azərbaycanlılar "Xəzər adaları”nda ev və obyekt almaq istəyirlər. Hər kəsin "Xəzər adaları” layihəsinə böyük maraq göstərməsi bizi də çox sevindirir. İnşallah tezliklə "Xəzər adaları” öz işini uğurla davam etdirəcək. Artıq buna ciddi hazırlıq işləri görülür və xarici investorlarla danışıqlar aparılır. Yaxın vaxtlarda bir neçə xarici investor "Xəzər adaları”na vəsait qoymaq üçün Azərbaycana gələcək. Martın 16-da isə Küveytdən olan iş adamları "Xəzər adaları” layihəsinə investisiya qoymaq üçün Azərbaycana gələcəklər. Onlarla danışıqlarımız müsbət olacaqsa tezliklə işə başlayacağıq. "Xəzər adaları” layihəsində kazino açmaq istəyən Çinli iş adamı isə bu il aprel ayının sonunda Bakıya səfər edəcək. Hazırda onunla da danışıqlarımız gedir. Çinli iş adamı ilə aramızda bütün məsələlər razılaşdırılıb, yeganə razılığa gəlmədiyimiz məqam kazino ilə bağlıdır. O istəyir ki, "Xəzər adaları”nda kazino olsun. İnşallah çinli iş adamı ilə kazinosuz razılıq əldə etməyi düşünürəm. Digər çinli iş adamları var ki, onlar da "Xəzər adaları”na böyük maraq göstərir. Martın 15-də onlar mənimlə görüşüblər və "Xəzər adaları” ilə yaxından tanış olublar. Düşünürəm ki, onlar da bu il may ayının sonunadək yeni planla Bakıya gələcəklər. Bilirsiniz, "Xəzər adaları” gec-tez reallaşacaq. Bunun üçün müəyyən zamana ehtiyac var. Çünki "Xəzər adaları” Azərbaycana milyardlar gətirəcək böyük layihədir. Azərbaycanın Maliyyə Nazirliyinin sifarişi ilə "Veto Consulting” MMC şirkəti 15 iyul 2015-ci il tarixdə "Xəzər adaları”ndaqiymətləndirmə apararaq layihənin, yəni ki, görülmüş işlərin dəyərini 1 milyard 251 milyon manat qiymətləndirib. Bunun cəmi 51 milyonu bankdan götürülən kredit vəsaitidir. Mən 1 milyard 200 milyon şəxsi pulumu layihəyə qoymuşam. Hamı soruşa bilər ki, Hacı İbrahim bu qədər pulu haradan alıb? Bəzən mənim haqqımda bu cür təəccüblü suallar verirlər. Mən indiyədək heç bir dövlət vəzifəsində işləməmişəm, rüşvət görməmişəm, kredit götürüb qaytarmışam. Mən iş adamıyam, hər zaman işləyib pul qazanmışam. Pul qazanmağı bacaran insanam. Ona görə də mən başqaları kimi pullarımı xarici ölkəyə deyil, öz Vətənimə yatırmışam. Düşünürəm ki, mənim kimi digər insanlar da Vətənin qədrini biləcək və ölkəyə investisiya qoyacaqlar. Vaxt gələcək. "Xəzər adaları” Azərbaycanın sərvətinə, müasir şəhərinə çevriləcək.

Bu gün bu layihənin bir milyardlıq inşası demək olar ki, hazırdır, 100 milyon vəsait qoyulandan sonra biz bunu satışa çıxarmağı düşünürük. Yəni, 100 milyon vəsait qoyulandan sonra 1 milyardlıq tikilmiş hissəsi artıq satışa üçün tam hazır olacaq. Biz həmin satılan mənzillərlə də bank kreditlərini bağlaya bilərik. Mən əvvəldən demişdim ki, "Xəzər adaları”nın birinci hissəsi 10 milyarda başa gələcək. Bu gün isə 5 milyarda ehtiyac var. Hazırda bu istiqamətdə də investorlarla danışıqlar aparılır. Əgər kimsə bu layihəyə 100 milyon pul qoysa, yəqin ki, biz də ona bir o qədər əlavə pul qazandıracağıq ki, o adam riskdən qorxmasın və layihədə iştirak etsin. Bu layihəyə 100 milyon vəsait qoyan 200 milyon götürsün ki, "Xəzər adaları” da reallaşsın. Burada mənim qazanmağım əsas deyil, əsas Azərbaycan dövlətinin qazanmağıdır. Bunun Azərbaycan dövləti üçün əsas müsbət cəhəti odur ki, "Xəzər adaları” hazır olandan sonra Azərbaycan dünyanın turizm mərkəzinə çevriləcək və ölkə büdcəsinə milyardlarla gəlir gələcək. Əsas plan odur ki, Azərbaycanda turizmi, qeyri-neft sektorunu inkişaf etdirilsin. Bu istiqamətdə cənab Prezident tərəfindən də lazımı addımlar atılıb. Biz ölkə başçısının Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi qərar və sərəncamları dəstəkləyirik. Biz də cənab Prezidentin yürütdüyü siyasətə bu cür kömək etmək və dəstək vermək istəyirik. Hər birimizin fikri, amalı bundan ibarətdir.

Xarici investorlarınızın olduğunu dediniz, ancaq adlarını çəkmədiniz...

– Bilirsiniz, mən bu investorlarımın adlarını açıqlama istəmirəm. Çünki ad açıqlayan kimi onlara mənim haqqımda yalan məlumatlar göndərilir, onları qorxudub fikirlərindəndaşındırmağa çalışırlar. Yəni, bu gün bizi və "Xəzər adaları” layihəsinin reallaşmasını istəməyən qüvvələr var. Təsəvvür edin ki, bəzən mən kiminləsə müqavilə bağlayıb artıq razılaşma məqamına gələndə, bəzi şəxslər onlara mənim haqqımda yalan məlumatlar göndərirlər. İnvestorlarıma deyirlər ki, Hacı İbrahimlə müqavilə bağlamayın, əks halda pulunuz batacaq və sairə. Bəlkə də onlar istəyir ki, "Xəzər adaları” tikilsin, ancaq istəmirlər ki, onu mən tikim.

"Beynəlxalq bank işi” ilə əlaqədar sizi yenidən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırırlar?

– Azərbaycanın daxili işlər naziri olan Ramil Usubov cənabları çox ağıllı və ziyalı adamdır. Vaxtilə bizi "Beynəlxalq bank işi” ilə əlaqədar saxalayan zaman da Ramil Usubov cənabları və Vilayət Eyvazov ilə bir neçə dəfə görüşdüm. Onlar da istəmirdi ki, bu məsələ bu qədər böyüsün. Ancaq istəyirdilər ki, kreditlər qaytarılsın. Ona görə də günahsız adamların hər biri azad edildi. Kimin günahı var idisə, onları saxladılar. Hər birimiz çalışmalıyıq ki, banka olan kreditləri vaxtında qaytaraq. Mənim götürdüyüm kreditlərin hələ 2019-cu ilədək vaxtı var. O zamanadək mən bütün kreditləri qaytaracam. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılaraq sorğu-sual edilib sərbəst buraxılandan bəri mənim "Bandotdel” ilə heç bir problemim yoxdur. Sağ olsunlar, dəstək olurlar ki, borcları tez qaytarım. Ramil Usubov cənablarına da təşəkkür edirəm ki, o bu məsələlərdə doğru mövqe tutdu.

Mən fürsətdən istifadə edib, Vilayət Eyvazovu da daxili işlər nazirinin birinci müavini təyin edilməsi münasibətilə təbrik edirəm. Vilayət Eyvazov gözəl insandır və bu vəzifə ona yaraşır.

- Bu günlərdə ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvets Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında bir sıra iddialar irəli sürüb...

– Açığı, mən bu barədə mətbuatda yazılanları oxuyan zaman şoka düşdüm. Belə bir məlumat doğru ola bilməz. Samir Şərifov kifayət qədər ağıllı, işini bilən və dövlətə bağlı adamdır. Bu adam Azərbaycanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb və dövlətə bağlılığını sübut edib. Hazırda o, bütün dövlətin maliyyə yükünü çiyinlərində daşıyır. Ona görə də onun haqqında yayılan bu cür məlumatlar absurddur, inandırıcı deyil. Ola bilər ki, kimlərsə Samir Şərifovu şantaj etməyə çalışır. Yəqin ki, Samir Şərifov kiminsə maraqlarına toxunub, onlar da onu bu cür yolla cəzalandırmaq istəyirlər. İnanmıram ki, Samir Şərifov bu qədər böyük risk etsin. O, dövlətimizə və Prezidentə sadiq adamdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ