Azərbaycan Müdafiə Nazirliyi "Voenno-promışlennıy kuryer” saytında dərc edilmiş Siyasi və Hərbi Analiz İnstitunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, yazını oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür: "Məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa bir dövrdə arsenalda olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib və bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir".